İslam
geri

96. Əl-Ələq

1Yaradan Rəbbinin adı ilə oxu

2O, insanı qan laxtasından yaratdı

3Oxu! Sənin Rəbbin müqayisəsiz səxavətə malikdir

4O, qələmlə yazmağı öyrətdi

5İnsana bilmədiklərini öyrətdi

6Xeyr! İnsan, doğrudan da, həddini aşır –

7özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə

8Axı son dönüşün Rəbbinədir

9Gördünmü o kəsi ki, mane olur –

10bir bəndəyə namaz qıldığı zaman

11Söylə görək, əgər o bəndə doğru yoldadırsa

12yaxud Allahdan qorxmağı əmr edirsə, onda necə olsun

13Söylə görək, əgər o kafir haqqı yalan sayıb üz döndəribsə, onda necə olsun

14Məgər o bilmir ki, Allah görür

15Xeyr! Əgər yaramaz əməlinə son qoymasa, Biz onun kəkilindən tutacağıq –

16yalançı, günahkar kəkilindən

17Qoy öz yığnağını çağırsın

18Biz də əzab mələklərini çağıracağıq

19Xeyr, sən ona qulaq asma! Səcdə qıl və Allaha yaxınlaş

mənbə: Alikhan Musayev

WEBREATH · 11:11

«If you are thankful, I will give you more» — Quran 14:7

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath