92. Əl-Lail
1And olsun yer üzünü zülmətə bürüməkdə olan gecəyə
2And olsun günəşin çıxması ilə aydınlaşan gündüzə
3And olsun kişini və qadını yaradana
4Sizin can atdıqlarınız başqa-başqadır
5Kim haqqını verir və Allahdan qorxursa
6və ən gözəl olanı (lə ilahə illəllahı) təsdiq edirsə
7Biz onu ən asan olana nail edəcəyik
8Kim də xəsislik edərək Rəbbinə ehtiyacı olmadığını güman edirsə
9və ən gözəl olanı (lə ilahə illəllahı) yalan hesab edirsə
10Biz onun üstünə ən çətin olanı yükləyəcəyik
11Cəhənnəmə düşdükdə var-dövləti ona fayda verməyəcək
12Şübhəsiz ki, doğru yola yönəltmək Bizə aiddir
13Sözsüz ki, Axirət də, dünya həyatı da Bizimdir
14Mən sizi alov saçan bir odla qorxutdum
15Ona ancaq ən bədbəxt kimsə girər
16O kimsə ki, haqqı yalan sayır və ondan üz döndərir
17Allahdan ən çox qorxan isə o Oddan uzaqlaşdırılar
18O kimsə ki, malını Allah yolunda verir, günahlardan təmizlənir
19Əvəzi veriləcək nemət üçün onun heç kəsə minnəti olmaz
20O bunu ancaq Ən Uca Rəbbinin Üzünü dilədiyindən edər
21O, mütləq razı qalacaqdır
mənbə: Alikhan Musayev
WEBREATH · 11:11
«If you are thankful, I will give you more» — Quran 14:7
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath