İslam
geri

89. Əl-Fəcr

1And olsun dan yerinə

2And olsun on gecəyə

3And olsun cütə və təkə

4And olsun keçib getməkdə olan gecəyə

5Məgər bu andlar ağıl sahibi üçün kifayət deyilmi

6Məgər görmədinmi ki, Rəbbin nələr etdi Ad qövmünə

7sütunlar sahibi İrəm qəbiləsinə –

8halbuki, yer üzündə onlar kimisi xəlq edilməmişdi

9Habelə vadidə qayaları yonan Səmud qövmünə

10Eləcə də sütunlar sahibi Firona

11Onlar o kəslər idi ki, ölkələrində həddi aşmış

12çoxlu fitnə-fəsad törətmişdilər

13Rəbbin də onları əzabla qamçıladı

14Həqiqətən, sənin Rəbbin nəzarət edir

15İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərəndə və ona nemət verəndə: “Rəbbim mənə ehtiram göstərdi!”– deyər

16Amma onu sınamaq üçün ruzisini azaldanda: “Rəbbim məni alçaltdı!”– deyər

17Xeyr! Əslində siz yetimə ehtiram göstərmirsiniz

18kasıbı yedirməyə bir-birinizi təhrik etmirsiniz

19mirası hərisliklə yeyirsiniz

20var-dövləti də hərisliklə sevirsiniz

21Xeyr! Elə ki yer lərzəyə gəlib parça-parça olacaq

22sənin Rəbbin və səf-səf düzülmüş mələklər gələcək

23və o gün Cəhənnəm gətiriləcək. O gün insan günahlarını xatırlayacaqdır. Lakin bu xatırlamanın ona nə faydası

24O: “Kaş axirət həyatım üçün əvvəlcədən hazırlıq görəydim!”– deyəcəkdir

25O gün heç kəs Allahın verdiyi əzab kimi əzab verə bilməz

26və heç kəs Onun buxovladığı kimi buxovlaya bilməz

27O gün möminə deyiləcəkdir: “Ey arxayın olan kəs

28Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön

29Mənim qullarımın cərgəsinə keç

30Cənnətimə daxil ol

mənbə: Alikhan Musayev

WEBREATH · 11:11

«If you are thankful, I will give you more» — Quran 14:7

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath