88. Əl-Qaaşiya
1Aləmi Bürüyənin xəbəri sənə gəlib çatdımı
2O gün neçə-neçə üzlər zəlil olub yerə dikiləcək
3üzülüb əldən düşəcək
4çox qızmar oda girəcək
5qaynar çeşmədən içirdiləcəkdir
6Onlara daridən başqa bir yemək verilməyəcəkdir
7O onları nə doydurar, nə də aclıqdan xilas edər
8O gün neçəsinin üzündə fərəh görünəcək
9dünyadakı səylərindən məmnun qalacaq
10uca Cənnətdə olacaq
11orada faydasız söz eşitməyəcəkdir
12Orada axar çeşmələr vardır
13Orada hündür taxtlar
14düzülmüş piyalələr
15yan-yana qoyulmuş yastıqlar
16və döşəmələrə sərilmiş xalçalar vardır
17Məgər onlar dəvənin necə yaradıldığını görmürlər
18Göyün necə yüksəldiyini görmürlər
19Dağların necə sancıldığını görmürlər
20Yerin necə döşədildiyini görmürlər
21Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən
22Sən onların üstündə hökmdar deyilsən
23Lakin üz döndərib küfr edəni
24Allah ən şiddətli əzabla cəzalandırar
25Şübhəsiz ki, onların dönüşü Bizədir
26Sonra onları sorğu-suala çəkmək də Bizə aiddir
mənbə: Alikhan Musayev
WEBREATH · 11:11
«If you are thankful, I will give you more» — Quran 14:7
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath