İslam
geri

87. Əl-Əlaa

1Ən Uca Rəbbinin adına təriflər de

2O Rəbbin ki, hər şeyi yaradıb kamilləşdirdi

3O Rəbbin ki, hər şeyin müqəddəratını əzəldən müəyyən edərək yol göstərdi

4O Rəbbin ki, otlağı cücərtdi

5sonra da qaralmış samana çevirdi

6Biz sənə Quranı elə oxumaq imkanı verəcəyik ki, o, yadından çıxmayacaq

7Əlbəttə, Allahın istədiyindən başqa. Həqiqətən, O, aşkardakından da, gizli qalandan da xəbərdardır

8Səni ən asan olana müvəffəq edərik

9Xatırlatmanın fayda verdiyini görsən, onlara xatırlat

10Allahdan qorxanlar öyüd-nəsihət götürərlər

11Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar

12O kimsə ki, Cəhənnəmə atılacaq

13O orada nə öləcək, nə də yaşaya biləcəkdir

14Günahlardan təmizlənən kimsə isə uğur qazanmışdır

15O kimsə ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır

16Xeyr, siz dünya həyatını olduqca üstün tutursunuz

17Axirət isə daha xeyirli və daha sürəklidir

18Həqiqətən də bu, əvvəlki səhifələrdə bildirilmişdir –

19İbrahimin və Musanın səhifələrində

mənbə: Alikhan Musayev

WEBREATH · 11:11

«If you are thankful, I will give you more» — Quran 14:7

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath