86. Ət-Tariq
1And olsun səmaya və gecə yolçusuna
2Sən nə bilirsən ki, gecə yolçusu nədir
3Bu, qaranlıqları dəlib keçən ulduzdur
4Elə bir kimsə yoxdur ki, onun üzərində gözətçi olmasın
5Qoy insan nədən yaradıldığına bir baxsın
6O, süzülüb tökülən bir mayedən yaradılmışdır
7Bu maye bel və köks sümükləri arasından çıxır
8Şübhəsiz ki, Allah onu dirildib qaytarmağa qadirdir
9Sirlərin sınaqdan keçiriləcəyi gün
10onun nə bir qüvvəsi, nə də bir köməkçisi olar
11And olsun yağmurla qayıdan göyə
12And olsun növbənöv bitkilərlə yarılan yerə
13Həqiqətən, bu, haqqı batildən ayırd edən bir kəlamdır
14O, əyləncə də deyildir
15Həqiqətən, kafirlər hiylə qururlar
16Mən də hiylə qururam
17Kafirlərə hələ möhlət ver! Onlara bir az da möhlət ver
mənbə: Alikhan Musayev
WEBREATH · 11:11
«If you are thankful, I will give you more» — Quran 14:7
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath