85. əl-Buruc
1And olsun bürclü göyə
2And olsun vədə verilmiş günə
3And olsun şahidlik edənə və edilənə
4Məhv olsun xəndək kənarında yığışanlar
5Odunla alışdırılmış xəndək
6Onlar o xəndəyin qırağında oturub
7möminlərə öz verdikləri işgəncələrə şahidlik edirdilər
8Kafirlər onlardan yalnız Qüdrətli, Tərifəlayiq Allaha iman gətirdiklərinə görə intiqam alırdılar
9Halbuki, göylərdə və yerdə mütləq hakimiyyət Ona məxsusdur. Allah hər şeyə Şahiddir
10O kəslər ki, mömin kişi və qadınları yandırmaqla sınağa çəkmiş, sonra da tövbə etməmişlər, onlara Cəhənnəm əzabı və onları yandırıb-yaxacaq od əzabı hazırlanmışdır
11Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər üçün ağacları altından çaylar axan Cənnət bağları vardır. Bu, böyük müvəffəqiyyətdir
12Doğrudan da, Rəbbinin günahkarları yaxalaması çox şiddətlidir
13Həqiqətən, O, hər şeyi ilkin yaradır və onu yenidən bərpa edir
14Bağışlayan da, Sevən də Odur
15Ərşin sahibidir, Şan-şöhrətlidir
16İstədiyini edəndir
17Qoşunlar haqqında əhvalat sənə çatıbmı
18Firon və Səmud qoşunlarının
19Xeyr, küfr edənlər haqqı yalan saymaqdadırlar
20Allah onları arxadan əhatə etmişdir
21Bəli, bu şanlı Qurandır
22O, mühafizə edilən lövhədədir
mənbə: Alikhan Musayev
WEBREATH · 11:11
«If you are thankful, I will give you more» — Quran 14:7
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath