İslam
geri

84. Əl-İnşiqaq

1Göy yarılacağı

2və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman

3Yer dümdüz ediləcəyi

4içindəkiləri kənara atıb boşalacağı

5və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman

6Ey insan! Sən, həqiqətən də, səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan

7Kimin kitabı sağ əlinə veriləcəksə

8o, yüngül sorğu-suala tutulacaq

9və sevincək öz ailəsinə qayıdacaqdır

10Kimin kitabı arxa tərəfindən veriləcəksə

11o özünə ölüm diləyəcək

12və alovlu oda atılacaqdır

13Sözsüz ki, o, dünyada ikən öz ailəsində sevinc içində idi

14və elə güman edirdi ki, Rəbbinin hüzuruna qayıtmayacaqdır

15Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü

16And içirəm şəfəqə

17gecəyə və onun ağuşuna aldıqlarına

18bədirlənmiş on dörd gecəlik aya

19Siz mütləq haldan-hala keçib dəyişəcəksiniz

20Onlara nə olub ki, iman gətirmirlər

21və onlara Quran oxunduqda səcdə etmirlər

22Əksinə, küfr edənlər haqqı yalan sayırlar

23Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir

24Elə isə onları ağrılı-acılı bir əzabla müjdələ

25iman gətirib yaxşı işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafatlar hazırlanmışdır

mənbə: Alikhan Musayev

WEBREATH · 11:11

«If you are thankful, I will give you more» — Quran 14:7

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath