83. Əl-Mutaffifin
1Çəkidə və ölçüdə aldadanların vay halına
2O kəslərin ki, camaatdan bir şey aldıqda onu tam almaq istəyərlər
3onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə onu ziyana salarlar
4Onlar dirildiləcəklərini fikirləşmirlərmi
5Həm də əzəmətli bir gündə
6O gündə ki, insanlar aləmlərin Rəbbinin qarşısında dayanacaqlar
7Xeyr! Həqiqətən, günahkarların kitabı Siccindədir
8Sən haradan biləsən ki, Siccin nədir
9O, yazılı bir kitabdır
10O gün haqqı yalan hesab edənlərin vay halına
11O kəslərin ki, Haqq-hesab gününü yalan hesab edirlər
12Amma bunu, həddini aşan günahkardan başqa, heç kəs yalan hesab etməz
13Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin uydurduğu əfsanələrdir!”– deyir
14Xeyr! Onların qəlbini qazandıqları günahlar bürümüşdür
15Xeyr, həmin gün onlarla Rəbbi arasına pərdə çəkiləcək
16Sonra onlar Cəhənnəmə girəcəklər
17və onlara deyiləcək: “Budur sizin yalan hesab etdiyiniz Cəhənnəm!”
18Xeyr! Həqiqətən, itaətkarların kitabı İlliyyundadir
19Sən haradan biləsən ki, İlliyyun nədir
20O, elə bir yazılı kitabdır ki
21onu yalnız Allaha yaxın olanlar görürlər
22Həqiqətən, itaətkarlar nemətlər içində olacaqlar
23Onlar taxtlar üstündə seyrə dalacaqlar
24Sən onların çöhrəsində səadət parlaqlığı görəcəksən
25Onlara möhürlü şərabdan içirdiləcəkdir
26Onun möhürü müşkdür. Qoy çalışanlar onun üçün səy göstərsinlər
27Onun qatışığı isə təsnim bulağındandır
28O təsnim elə bir bulaqdır ki, ondan Allaha yaxın olanlar içərlər
29Doğrudan da, günah edənlər iman gətirənlərə gülürdülər
30onların yanından keçdikdə bir-birinə qaş-göz edirdilər
31öz ailələrinin yanına fərəhlə qayıdırdılar
32möminləri gördükdə isə deyirdilər: “Həqiqətən, bunlar azmışlardır!”
33Halbuki bu günahkarlar onlara gözətçi qoyulmamışdılar
34Bu gün məhz iman gətirənlər kafirlərə güləcəklər
35Onlar taxtlar üstündə ətrafa baxacaqlar
36Kafirlər törətdiklərinin cəzasını aldılarmı
mənbə: Alikhan Musayev
WEBREATH · 11:11
«If you are thankful, I will give you more» — Quran 14:7
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath