82. Əl-İnfitar
1Göy parçalanacağı zaman
2ulduzlar səpələnəcəyi zaman
3dənizlər daşıb bir-birinə qarışacağı zaman
4qəbirlər çevriləcəyi zaman
5hər kəs əvvəlcədən özü üçün nəyi tədarük edib, nəyi sonraya saxladığını biləcəkdir
6Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir
7O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi
8Səni istədiyi şəklə saldı
9Xeyr! Əksinə, siz Qiyaməti yalan hesab edirsiniz
10Həqiqətən, sizin üstünüzdə nəzarətçilər vardır –
11çox möhtərəm, əməllərinizi yazanlar
12Onlar sizin nə etdiklərinizi bilirlər
13Həqiqətən, itaətkarlar nemət içində olacaqlar
14Şübhəsiz ki, günahkarlar da Cəhənnəmdə olacaqlar
15Onlar ora Haqq-hesab günü girəcəklər
16Onlar əsla ondan yayına bilməyəcəklər
17Sən haradan biləydin ki, Haqq-hesab günü nədir
18Doğrudan da, sən haradan biləydin ki, Haqq-hesab günü nədir
19O gün heç kəs heç kəsə fayda verə bilməz və həmin gün hakimiyyət Allaha məxsus olacaqdır
mənbə: Alikhan Musayev
WEBREATH · 11:11
«If you are thankful, I will give you more» — Quran 14:7
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath