İslam
geri

81. ət-Təkvir

1Günəş sarınacağı zaman

2ulduzlar soluxub sönəcəyi zaman

3dağlar hərəkətə gətiriləcəyi zaman

4boğaz dəvələr başlı-başına qalacaqları zaman

5vəhşi heyvanlar bir yerə toplanılacağı zaman

6dənizlər alovlanacağı zaman

7hər kəs öz tayına qovuşdurulacağı zaman

8diri-diri torpağa basdırılmış qız uşağı soruşulacağı zaman –

9hansı günaha görə öldürülmüşdür

10səhifələr açılacağı zaman

11göy qopardılacağı zaman

12Cəhənnəm alovlandırılacağı zaman

13və Cənnət möminlərə yaxınlaşdırılacağı zaman

14hər kəs bu gün üçün özünə nə tədarük etdiyini biləcəkdir

15And içirəm gecə çıxıb gündüz batan ulduzlara

16seyrə çıxıb gizlənən səyyarələrə

17qaralmaqda olan gecəyə

18və açılmaqda olan səhərə

19Həqiqətən, bu, möhtərəm Elçimizin sözüdür

20O elçi ki, qüvvətlidir, Ərşin sahibi yanında böyük hörmət sahibidir

21orada itaət ediləndir, etibarlıdır

22Sizin dostunuz Muhəmməd divanə deyildir

23O, Cəbraili aydın üfüqdə gördü

24O, qeybdən də xəsislik edən deyildir

25Bu Quran daşqalaq olunmuş şeytanın sözü də deyildir

26Elə isə ondan üz döndərib hara gedirsiniz

27Bu, aləmlərə yalnız bir nəsihətdir –

28sizlərdən doğru yolda olmaq istəyənlər üçün

29Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz

mənbə: Alikhan Musayev

WEBREATH · 11:11

«If you are thankful, I will give you more» — Quran 14:7

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath