80. Abasa
1O qaşqabağını sallayıb üzünü yana çevirdi –
2yanına bir korun gəlməsinə görə
3Nə bilirdin ki, bəlkə o günahlardan təmizlənəcəkdi
4və yaxud nəsihət dinləyib faydalanacaqdı
5Nəsihətə ehtiyacı olmayana gəlincə isə –
6sən ona diqqət yetirirsən
7Onun təmizlənməməyinin sənə bir dəxli yoxdur
8Səy göstərib sənin yanına gələn
9Allahdan qorxan kimsəyə gəlincə
10ona məhəl qoymursan
11Xeyr! Şübhəsiz ki, bu, bir nəsihətdir
12Kim istəsə, qoy onu xatırlayıb ibrət alsın
13Bu Quran kəramətli səhifələrdədir
14yüksək və pak səhifələrdədir
15Bu səhifələr elçilərin əllərində –
16möhtərəm və müti olanların əllərindədir
17Qoy ölsün kafir insan! O necə də nankordur
18Qoy baxıb görsün Allah onu nədən yaradıb
19Allah onu nütfədən yaratdı və müəyyən şəkildə formalaşdırdı
20Sonra da onun yolunu asanlaşdırdı
21Sonra onu öldürüb qəbirə yerləşdirdi
22İstədiyi bir zaman onu dirildəcəkdir
23Xeyr! O, hələ də Allahın ona buyurduğunu yerinə yetirməmişdir
24Qoy insan yediyinə diqqət yetirsin bir az
25Həqiqətən, yağışı bol-bol Biz yağdırırıq
26Sonra da yeri çat-çat yarıb
27orada taxıl yetişdiririk
28Habelə üzüm və yonca
29zeytun və xurma ağacları
30sıx-sıx bağlar
31meyvələr və otlar da bitiririk
32Bu nemətlər sizin istifadəniz və mal-qaranızın faydalanması üçündür
33Qulaqbatırıcı bir səs gələndə –
34o gün insan qaçacaq öz qardaşından
35anasından, atasından
36arvadından və övladlarından
37O gün onlardan hər birinin yetərincə işi olacaqdır
38O gün neçə-neçə üzlər parlayacaq
39güləcək və fərəhlənəcəkdir
40O gün neçə-neçə üzlərə toz-torpaq hopacaq
41onları zülmət bürüyəcəkdir
42Məhz onlar kafirlər, günahkarlardır
mənbə: Alikhan Musayev
WEBREATH · 11:11
«If you are thankful, I will give you more» — Quran 14:7
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath