78. Ən-Nəbə
1Onlar nə barədə bir-birindən soruşurlar
2Böyük bir xəbər barəsində –
3elə bir xəbər ki, onlar onun haqqında ziddiyyətdədirlər
4Xeyr, onlar Qiyamətin həqiqət olduğunu hökmən biləcəklər
5Bir daha xeyr! Onlar hökmən biləcəklər
6Məgər Biz yeri yataq etmədikmi
7Dağları da payalar
8Biz sizi cüt yaratdıq
9Yuxunuzu da sizin üçün rahatlıq etdik
10Gecəni örtük etdik
11gündüzü isə ruzi qazanmaq vaxtı
12Üstünüzdə yeddi möhkəm göy qurduq
13və çox parlaq bir çıraq yaratdıq
14Biz buludlardan şırıltıyla yağış yağdırdıq ki
15onunla taxıl və digər bitkilər yetişdirək
16habelə ağaclarının qol-budaqları bir-birinə sarmaşan bağlar salaq
17Həqiqətən, ayırd etmə günü bəlli bir vaxta təyin edilmişdir
18Sur üfürüləcəyi gün siz dəstə-dəstə gələcəksiniz
19O gün göyün qapıları açılacaqdır
20Dağlar da hərəkətə gətirilib ilğıma çevriləcək
21Həqiqətən, Cəhənnəm kafirlər üçün pusquda dayanıb gözləyir
22O, həddi aşanların qayıdacağı yerdir
23Onlar orada əsrlər boyu qalacaqlar
24Onlar orada nə bir sərinlik, nə də sərinlədirici içki dadacaqlar
25İçdikləri yalnız qaynar su və irin olacaq –
26Törətdikləri əməllərinə uyğun bir cəza kimi
27Doğrusu, onlar haqq-hesab çəkiləcəklərinə ümid etmirdilər
28Ayələrimizi də qətiyyətlə təkzib edirdilər
29Biz hər bir şeyi hesablayıb yazmışıq
30Elə isə dadın əzabı! Biz sizə əzabdan başqa bir şey artırmayacağıq
31Həqiqətən, müttəqilər üçün nicat yeri vardır
32Həmçinin bağlar və üzümlüklər
33dolğun döşlü həmyaşıd qızlar
34və ləbələb doldurulmuş qədəhlər də vardır
35Onlar orada nə mənasız sözlər, nə də iftira eşidəcəklər
36Bunlar sənin Rəbbindən olan mükafatlar, artıqlaması ilə verilən töhfələrdir
37Göylərin, yerin və onların arasında olanların Mərhəmətli Rəbbindən mükafatdır. Onlar Allahın hüzurunda bir söz deməyə qadir olmayacaqlar
38Ruh (Cəbrail) və mələklər səf-səf duracağı gün, Mərhəmətli Allahın izin verdiyi kimsələrdən və doğru söz deyənlərdən başqa heç kəs danışmayacaq
39O gün, gerçək bir gündür. Kim istəsə öz Rəbbi yanında sığınacaq tapar
40Həqiqətən, Biz sizi yaxın əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: “Kaş mən torpaq olaydım!”
mənbə: Alikhan Musayev
WEBREATH · 11:11
«If you are thankful, I will give you more» — Quran 14:7
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath