77. Əl-Mürsəlat
1And olsun xeyirlə göndərilənlərə
2və şiddətlə əsənlərə
3And olsun Allahın əmrini yaydıqca yayanlara
4haqqı nahaqdan ayırdıqca ayıranlara
5və zikri çatdıranlara –
6üzr diləmək və ya qorxutmaq üçün çatdıranlara
7Sizə vəd edilmiş Qiyamət mütləq vaqe olacaqdır
8Ulduzlar sönəcəyi zaman
9Göy yarılacağı zaman
10Dağlar dağılacağı zaman
11Elçilərə vaxt təyin olunacağı zaman –
12deyiləcəkdir: “Bunlara verilmiş möhlət hansı günə qədərdir?”
13Deyiləcəkdir: “Ayırd etmə gününədək!”
14Sən ayırd etmə gününün nə olduğunu bilirsənmi
15Qiyaməti yalan sayanların o Gün vay halına
16Yoxsa Biz ilk nəsilləri həlak etmədikmi
17Sonrakıları da onlara qatacağıq
18Biz günah sahibləri ilə belə davranırıq
19Qiyaməti yalan sayanların o gün vay halına
20Məgər Biz sizi dəyərsiz bir sudan (nütfədən) xəlq etmədikmi
21Biz onu etibarlı bir yerdə yerləşdirmədikmi –
22məlum bir vaxta kimi
23Biz nütfəni yaratmağa qadir olduq. Nə gözəl Qadir olanlarıq Biz
24Qiyaməti yalan sayanların o gün vay halına
25Məgər Biz yeri məskən etmədikmi –
26dirilər və ölülərə
27Orada möhkəm dayanan uca dağlar yaratmadıqmı və sizə şirin sulardan içirtmədikmi
28Qiyaməti yalan sayanların o gün vay halına
29Onlara belə deyiləcək: “Gedin yalan hesab etdiyiniz Cəhənnəmə
30Üç qola ayrılan kölgəliyə gedin!”
31Ora nə kölgə salır, nə də alovdan qoruyur
32Cəhənnəm hərəsi hündür imarət həcmində qığılcımlar püskürür
33Onlar sanki sarı dəvələrdir
34Qiyaməti yalan sayanların o gün vay halına
35Bu, günahkarların danışa bilməyəcəkləri bir gündür
36Onlara üzrxahlıq üçün izin belə verilməyəcəkdir
37Qiyaməti yalan sayanların o gün vay halına
38Bu gün, haqqı batildən ayırd etmə günüdür. Ey kafirlər! Biz həm sizi, həm də əvvəlkiləri bir yerə cəm etdik
39Əgər hiyləniz varsa, Mənə qarşı işlədin
40Qiyaməti yalan sayanların o gün vay halına
41Şübhəsiz ki, müttəqilər kölgəliklərdə, çeşmələr başında
42və istədikləri meyvələr içində olacaqlar
43Onlara deyiləcək: “Xeyirxah əməllərinizə görə nuşcanlıqla yeyin-için
44Şübhəsiz ki, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!”
45Qiyaməti yalan sayanların o gün vay halına
46Kafirlərə deyiləcək: “Yeyin və bir az əylənin! Həqiqətən, siz günahkarlarsınız
47O gün Qiyaməti yalan sayanların vay halına
48Onlara: “Rüku edin!”– deyildiyi zaman rüku etməzlər
49O gün haqqı yalan sayanların vay halına
50Onlar bu Qurandan sonra hansı sözə inanacaqlar
mənbə: Alikhan Musayev
WEBREATH · 11:11
«If you are thankful, I will give you more» — Quran 14:7
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath