75. Əl-Qiyamə
1And içirəm Qiyamət gününə
2And içirəm peşmançılıq çəkən nəfsə
3İnsan elə düşünür ki, Biz onun sümüklərini yığa bilməyəcəyik
4Mütləq yığacağıq! Biz onun barmaq uclarını bərpa etməyə qadirik
5Lakin insan bundan sonra da günah etmək fikrindədir
6O: “Qiyamət günü nə vaxt olacaq!”– deyə rişxəndlə soruşur
7Gözlər bərələ qalacağı
8ay tutulacağı
9və günəşlə ayın qovuşacağı zaman –
10o gün insan deyəcəkdir: “Hara qaçaq?”
11Xeyr, o gün pənah aparılacaq yer tapılmayacaq
12O gün qayıdış ancaq sənin Rəbbinə olacaqdır
13O gün insana əvvəllər etdiyi və sonraya saxladığı əməlləri barədə xəbər veriləcəkdir
14Əslində, insan öz əleyhinə şahidlik edəcəkdir
15üzrlü olub-olmadığı bütün halları ortaya qoysa da
16Cəbrail sənə Quranı nazil etdikdə onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə
17Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması Bizə aiddir
18Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə
19Sonra, sözsüz ki, onu izah etmək də Bizə aiddir
20Xeyr! Əksinə, siz tez ötüb keçən fani dünyanı sevir
21Axirətdən isə uzaqlaşırsınız
22O gün neçə-neçə üzlər nurlanacaq
23və öz Rəbbinə baxacaqdır
24O gün neçə-neçə üzlər də tutulub qaralacaq
25və yəqin edəcək ki, onlara müsibət artıq üz vermişdir
26Xeyr, o ruh körpücük sümüklərinə yetişəcəyi zaman
27“Ovsunu kim oxuyacaq?”– deyiləcəkdir
28Can verən adam dünya həyatından ayrıldığını yəqin edəcəyi
29və ayaq ayağa dolaşacağı zaman –
30o gün hər kəs Rəbbinin hüzuruna gətiriləcəkdir
31O kafir nə Quranı təsdiq etdi, nə də namaz qıldı
32Haqqı da yalan saydı və üz döndərdi
33Sonra da lovğa-lovğa öz ailəsinin yanına getdi
34Vay sənin halına, vay
35Yenə də vay sənin halına, vay
36Bəlkə insan özbaşına qoyulacağını güman edir
37Məgər o, kişi toxumundan axıdılan bir damla nütfə deyildimi
38Sonra laxtalanmış qan oldu. Allah onu yaradıb kamil bir görkəmə saldı
39Ondan da bir cüt kişi və qadın yaratdı
40Məgər O, ölüləri diriltməyə qadir deyil
mənbə: Alikhan Musayev
WEBREATH · 11:11
«If you are thankful, I will give you more» — Quran 14:7
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath