İslam
geri

74. əl-Muddəssir

1Ey libasına bürünüb örtünmüş peyğəmbər

2Qalx və insanları xəbərdar et

3Təkcə Rəbbini uca tut

4Geyimini təmiz saxla

5Pis şeyləri tərk et

6Yaxşılığı təmənna məqsədilə etmə

7Rəbbin üçün səbir et

8Sur üfürülərkən –

9Çətin bir gün olacaq

10Həmin gün kafirlərə asan olmayacaqdır

11Məni yaratdığım kimsə ilə tək burax

12Mən ona bolluca var-dövlət bağışladım

13qayğısına qalan oğullar verdim

14və onu hər cür imkanlarla təmin etdim

15Bunlara baxmayaraq, o, yenə də əlavə etməyimi arzulayır

16Xeyr! Çünki o, ayələrimizi inadla inkar edir

17Mən onu sərt bir yoxuşa sürükləyəcəyəm

18Çünki o, fikirləşərək qərara gəldi

19Ona ölüm olsun! Necə qərara gəldi

20Sonra yenə ona ölüm olsun! Gör nə qərara gəldi

21Sonra o nəzər saldı

22Üz-gözünü turşudub qaşqabağını tökdü

23Sonra da arxasını çevirib təkəbbür göstərdi

24və dedi: “Bu, sehrbazlardan eşidilib təkrarlanan sehrdən başqa bir şey deyildir

25Bu, adi insan kəlamıdır

26Mən onu Səqərə salacağam

27Sən haradan biləsən ki, Səqər nədir

28O, kimsəni sağ-salamat buraxmaz

29dərini yandırıb-yaxar

30Onun üzərində on doqquz gözətçi mələk vardır

31Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik və onların sayını on doqquz etdik ki, bu, kafirlər üçün ancaq bir sınaq olsun, özlərinə Kitab verilənlər yəqinlik hasil etsinlər, iman gətirənlərin imanı artsın, Kitab verilənlər və möminlər haqqa şübhə etməsinlər və qəlblərində xəstəlik olanlar və kafirlər: “Allah bu məsəllə nə demək istəyir?”– desinlər. Allah istədiyi kimsəni belə azdırır, istədiyini də doğru yola yönəldir. Sənin Rəbbinin qoşunları barədə yalnız Özü bilir. Bu, bəşəriyyət üçün ancaq bir xatırlatmadır

32Xeyr! And olsun aya

33And olsun dönüb uzaqlaşan gecəyə

34And olsun ağarmaqda olan sübh çağına

35Doğrudan da o Cəhənnəm ən böyük fəlakətdir

36həm bəşəriyyət üçün xəbərdarlıqdır

37həm də sizlərdən yaxşı işlər görüb irəli çıxmaq və ya günah edib geriyə düşmək istəyənlər üçün

38Hər bir kəs qazandığının girovuna çevrilir

39sağ tərəf sahiblərindən başqa

40Onlar Cənnət bağlarında bir-birlərindən soruşacaqlar –

41günahkarlar barəsində

42Sizi Səqərə salan nədir

43Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik

44Kasıbı da yedizdirməzdik

45Batil sözlər danışanlarla birlikdə biz də danışardıq

46və Haqq-hesab gününü yalan hesab edərdik –

47ölüm yəqinliyi bizə gələnə qədər”

48Odur ki, şəfaət edənlərin şəfaəti onlara fayda verməz

49Onlara nə olub ki, nəsihətdən üz döndərirlər

50Sanki ürküdülmüş vəhşi uzunqulaqlardır ki

51ovçulardan (yaxud aslandan) qaçırlar

52Əksinə, onlardan hər biri vəhy olunmuş səhifələrin məhz ona verilməsini istəyir

53Xeyr! Əksinə, onlar Axirətdən qorxmurlar

54Xeyr! Bu Quran bir nəsihətdir

55İstəyən onu xatırlayar

56Bilin ki, Allah istəmədikcə onlar xatırlaya bilməzlər. Mütləq qüdrətindən qorxub çəkinməyə layiq olan da, bağışlamağa qadir olan da Odur

mənbə: Alikhan Musayev

WEBREATH · 11:11

«If you are thankful, I will give you more» — Quran 14:7

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath