73. Əl-Muzzəmmil
1Ey libasına bürünüb örtünmüş peyğəmbər
2Az bir hissəsi istisna olmaqla gecələr namaza dur
3Onun yarısını, yaxud ondan bir az əskilt
4və ya ona artır. Quranı da aramla oxu
5Həqiqətən Biz sənə ağır bir Söz (Quran) vəhy edəcəyik
6Sözsüz ki, gecə qalxmaq çox çətin və Quran oxumaq daha münasibdir
7Şübhəsiz ki, gündüz sənin üçün uzun-uzadı işlər vardır
8Rəbbinin adını zikr et və özünü tamamilə Ona həsr et
9O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa məbud yoxdur. Elə isə Onu özünə Himayəçi götür
10Müşriklərin dediklərinə səbir et və onlardan xoşluqla uzaqlaş
11Məni, ayələrimi yalan sayan var-dövlət sahibləri ilə tək burax və onlara bir az möhlət ver
12Həqiqətən, Bizdə onlar üçün qandallar və Cəhənnəm hazırlanmışdır
13boğazda tıxanıb keçməyən yemək və ağrılı-acılı bir əzab da vardır
14O gün yer və dağlar titrəyəcək, dağlar səpələnən qum təpəsinə dönəcəkdir
15Həqiqətən, Biz Firona elçi göndərdiyimiz kimi sizə də şahidlik edəcək elçi göndərdik
16Firon elçiyə asi oldu. Biz də onu şiddətli bir əzabla yaxaladıq
17Əgər küfr etsəniz, uşaqların saçlarının ağaracağı gündən necə yaxa qurtaracaqsınız
18O gün göy parçalanacaq. Allahın vədi mütləq yerinə yetəcəkdir
19Həqiqətən, bu, bir nəsihətdir. Kim istəsə, Rəbbinə tərəf yönələr
20Həqiqətən, Rəbbin bilir ki, sən və səninlə olan insanların bir qismi bəzən gecənin üçdə ikisindən az, bəzən yarısını, bəzən də üçdə birini ibadət üçün durursunuz. Gecə və gündüzü Allah ölçüb müəyyənləşdirir. O, sizin bunları hesablamaqda çətinlik çəkəcəyinizi nəzərə alaraq, tövbələrinizi qəbul etdi. Elə isə namaz qılarkən Qurandan sizə asan gələni oxuyun! O bilir ki, bəziləriniz xəstə olacaq, digərləriniz Allahın mərhəmətindən ruzi əldə etmək məqsədilə müxtəlif yerlərə səfərə çıxacaq, bir qisminiz də Allah yolunda vuruşacaqdır. Buna görə namaz qılarkən Qurandan sizə asan olanı oxuyun! Namaz qılın, zəkatınızı ödəyin və Allaha gözəl bir borc verin. Bu dünyada qabaqcadan özünüzə hansı xeyirli əməlləri tədarük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Elə isə Allahdan sizi əfv etməsini istəyin! Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir
mənbə: Alikhan Musayev
WEBREATH · 11:11
«If you are thankful, I will give you more» — Quran 14:7
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath