İslam
geri

71. Nooh

1Həqiqətən, Biz Nuhu öz qövmünə göndərdik və dedik: “Sən öz qövmünü, onlara ağrılı-acılı bir əzab gəlməmişdən əvvəl xəbərdar et!”

2O dedi: “Ey qövmüm! Şübhəsiz ki, mən sizi aydın bir tərzdə xəbərdar edənəm

3Allaha ibadət edin, Ondan qorxun və mənə itaət edin

4Belə etsəniz, O sizin günahlarınızdan keçər və sizə müəyyən vaxtadək möhlət verər. Həqiqətən, Allahın müəyyən etdiyi vaxt gəlib çatdıqda əsla təxirə salınmaz. Kaş biləydiniz!”

5O dedi: “Ey Rəbbim, mən xalqımı gecə də, gündüz də dəvət etdim

6Amma dəvətim onların haqdan qaçmalarını daha da artırdı

7Sən onları bağışlayasan deyə mən hər dəfə onları imana dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, küfrlərində israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər

8Sonra mən onları aşkarcasına dəvət etdim

9Sonra mən onlara həm uca səslə, həm də gizlicə bildirib

10dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır

11O, sizin üzərinizə bol-bol yağış göndərər

12var-dövlət və oğul-uşaqla sizin imdadınıza çatar, sizin üçün bağlar salar və çaylar yaradar

13Necə olub ki, siz Allahın böyüklüyünü layiqincə uca tutmursunuz

14Axı O sizi mərhələlərlə yaratdı

15Məgər Allahın yeddi göyü təbəqə-təbəqə necə yaratdığını görmürsünüz

16Ayı bir nur, günəşi də çıraq etmişdir

17Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir

18Sonra O sizi ora qaytaracaq və yenidən çıxardacaqdır

19Allah yeri sizin üçün xalı təki döşədi

20Belə etdi ki, orada geniş yollarla hərəkət edəsiniz”

21Nuh dedi: “Ey Rəbbim! Onlar mənə asi oldular və var-dövləti, övladı özünə zərərdən başqa bir şey artırmayan bir adama tabe oldular

22Onlar mənə qarşı böyük bir hiylə işlətdilər

23və özlərinə tabe olanlara dedilər: “Öz məbudlarınızı tərk etməyin; Vəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri tərk etməyin!”

24Artıq onlar çoxlarını azdırmışlar. Sən də zalımlara azğınlıqdan başqa bir şey artırma”

25Onlar öz günahlarına görə suya qərq edildilər və oda atıldılar. Onlar özlərinə Allahdan savayı köməkçilər tapmadılar

26Nuh dedi: “Ey Rəbbim, kafirlərdən yer üzündə bir nəfəri belə sağ qoyma

27Əgər Sən onları sağ qoysan, onlar qullarını azdıracaq və yalnız günahkar, kafir övladlar doğub-törədəcəklər

28Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və bütün mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır”

mənbə: Alikhan Musayev

WEBREATH · 11:11

«If you are thankful, I will give you more» — Quran 14:7

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath