70. Əl-Məaric
1İstəyən kimsə baş verəcək əzabı istədi –
2bunu kafirlər üçün dilədi. O əzabın qarşısını alan tapılmayacaq
3O, dərəcələr sahibi olan Allahdandır
4Mələklər və Ruh (Cəbrail) Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar
5Sən təmkinlə səbir et
6Doğrusu, kafirlər o əzabın uzaq olduğunu güman edirlər
7Biz isə onun yaxın olduğunu görürük
8O gün göy əridilmiş metal kimi olacaqdır
9Dağlar da didilmiş yuna bənzəyəcəklər
10Dost dostunun halını xəbər almayacaq
11Halbuki onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını
12həyat yoldaşını və qardaşını
13ona sığınacaq vermiş nəslini
14və yer üzündə olanların hamısını – təki bu onu xilas etsin
15Xeyr! Bu, alovu şölələnən Oddur –
16başın dərisini sıyırıb çıxaran bir od
17O od çağırır haqqa arxa çevirəni, ondan üz döndərəni
18və mal-dövlət yığıb saxlayanı
19Həqiqətən, insan kəmhövsələ yaradılmışdır
20Ona bir pislik toxunduqda özündən çıxır
21bir xeyir nəsib olduqda isə xəsislik edir
22Namaz qılanlar istisnadır
23O kəslər ki, namazlarını həmişə qılırlar
24O kəslər ki, onların mallarında məlum bir haqq vardır
25dilənən və həya edib dilənməyən miskinlər üçün
26O kəslər ki, Haqq-hesab gününü təsdiq edirlər
27O kəslər ki, Rəbbinin əzabından qorxurlar
28Axı Rəbbinin əzabı onlar üçün də təhlükəsiz deyil
29O kəslər ki, tənasül üzvlərini zinadan qoruyurlar –
30zövcələrindən və sahib olduqları cariyələrdən başqa. Buna görə onlar əsla qınanmazlar
31Bundan artığını istəyənlər isə həddi aşanlardır
32O kəslər ki, əmanəti danmır və əhdlərini pozmurlar
33O kəslər ki, şahidliklərində mətindirlər
34Bir də o kəslər ki, namazlarını dəqiqliklə qılırlar
35Cənnət bağlarında hörmət göstəriləcək insanlar da elə onlar olacaqdır
36Sənə doğru tələsən kafirlərə nə olub belə –
37sağdan-soldan dəstələrlə ətrafına yığışırlar
38Deyəsən onların hamısı Nəim cənnətinə bir təhər girə biləcəklərini düşünürlər
39Xeyr! Bu mümkün deyil! Biz onları bildikləri şeydən xəlq etmişik
40And içirəm məşriqlərin və məğriblərin Rəbbinə! Biz doğrudan da, elə bir qüdrətə malikik ki, –
41onları daha yaxşıları ilə əvəz edə bilərik. Bunda qarşımıza çıxa bilən tapılmaz
42Vədə verilmiş günə çatanadək onlarla daha işin olmasın, qoy boş-boş danışsınlar və əylənsinlər
43O gün, məbudlarına ibadətə can atırmışlar kimi onlar qəbirlərdən çıxacaqlar
44O gün onların baxışları yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Budur onların xəbərdar edildikləri Gün
mənbə: Alikhan Musayev
WEBREATH · 11:11
«If you are thankful, I will give you more» — Quran 14:7
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath