İslam
geri

69. Əl-Haqqa

1Haqq olan Qiyamət

2Nədir haqq olan Qiyamət

3Sən nə biləsən ki, nədir haqq olan Qiyamət

4Səmud və Ad tayfaları qəlbləri qorxuya salan Qiyaməti yalan saydılar

5Səmud tayfası qorxunc bir səslə məhv edildi

6Ad tayfası isə hədsiz soyuq və şiddətli küləklə yox edildi

7Allah onu yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirdi. Sən orada olsaydın, o tayfanı xurma ağacının yıxılmış çürük gövdələri kimi yerə sərilmiş görərdin

8Sən onlardan qalan bir kimsəyə heç rast gəlmisənmi

9Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş kəndlər (Lut qövmü) də günah işlətmişdilər

10Onlar öz Rəbbinin elçisinə asi oldular, O da onları şiddəti artan bir əzabla yaxaladı

11Su aşıb-daşdıqda Biz sizi üzən gəmidə daşıdıq

12Sizə bir xatırlatma olsun və yadda saxlayan qulaqlar onu yadda saxlasın deyə belə etdik

13Sur bircə dəfə üfürüləcəyi

14yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman –

15həmin gün Vaqiə qopacaq

16Göy yarılacaq və həmin gün o, süst olacaqdır

17Mələklər isə onun ətrafında olacaqlar. O gün sənin Rəbbinin Ərşini səkkiz mələk daşıyacaqdır

18O gün siz məhşərə gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcəkdir

19Kitabı sağ əlinə verilən deyəcəkdir: “Budur, oxuyun kitabımı

20Mən bilirdim ki, etdiklərimin hesabına qovuşacağam”

21O, xoşbəxt həyat sürəcəkdir –

22uca bir Cənnətdə –

23elə bir Cənnətdə ki, onun meyvələri lap yaxınlıqda olacaqdır

24Onlara: “Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!”– deyiləcəkdir

25Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi

26Hesabımdan da xəbərim olmayaydı

27Kaş ilk ölümüm həmişəlik olaydı

28Var-dövlətim məni əzabdan qurtarmadı

29Hökmranlığım da məhv olub getdi”

30Mələklərə deyiləcək: “Onu yaxalayıb zəncirləyin

31Sonra da Cəhənnəmə atın

32Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun

33Çünki o, Böyük Allaha iman gətirmirdi

34və heç kəsi kasıbı yedirtməyə rəğbətləndirmirdi

35Bu gün burada onun üçün bir dost tapılmaz

36Qanlı irindən başqa yeməyi də yoxdur

37Onu ancaq günahkarlar yeyər”

38And içirəm həm gördüklərinizə

39və həm də görmədiklərinizə

40Bu, möhtərəm bir Elçinin sözüdür

41O, şair sözü deyildir! Necə də az inanırsınız

42O, kahin sözü də deyildir! Necə də az düşünürsünüz

43O, aləmlərin Rəbbi tərəfindən vəhy edilmişdir

44Əgər Muhəmməd bəzi sözləri özündən uydurub Bizə aid etsəydi

45Biz onu sağ əlindən yaxalayar

46sonra da şah damarını kəsərdik

47İçərinizdən heç kəs buna mane ola bilməzdi

48Həqiqətən, bu Quran müttəqilər üçün bir nəsihətdir

49Aranızdan Quranı yalan sayanlar olduğunu da bilirik

50Həqiqətən, bu, kafirlər üçün bir peşmançılıqdır

51Sözsüz ki, bu Quran əsl həqiqətdir

52Elə isə Böyük Rəbbinin adına təriflər de

mənbə: Alikhan Musayev

WEBREATH · 11:11

«If you are thankful, I will give you more» — Quran 14:7

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath