68. Əl-Qələm
1Nun. And olsun qələmə və qələmə alınanlara
2Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən
3Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır
4Həqiqətən də, sən böyük əxlaq sahibisən
5Sən də görəcəksən, onlar da –
6hansınızın dəli olduğunu
7Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır
8Elə isə haqqı yalan sayanlara güzəştə getmə
9Müşriklər istəyirlər ki, sən onlara güzəşt edəsən, onlar da sənə güzəşt etsinlər
10İtaət etmə hər tez-tez and içənə, alçağa
11qeybət edənə, dedi-qodu yayana
12xeyrə mane olana, həddi aşana, günahkara
13daş ürəkliyə, bunlardan sonra da başqasının adını mənimsəyən fırıldaqçıya –
14o adam var-dövlət və oğul-uşaq sahibi olsa belə
15Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin əsatirlərindəndir!”– deyər
16Biz onun burnuna damğa vuracağıq
17Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi onları da sınağa çəkdik. O zaman bağ sahibləri səhər açılanda bağda olan meyvələri mütləq dərəcəklərinə and içmişdilər
18və heç bir istisna da etməmişdilər (“inşallah” deməmişdilər)
19Onlar yuxuda ikən Rəbbinin əzabı o bağı bürüdü
20Bağ yanıb zülmət gecə kimi qapqara oldu
21Onlar səhər qalxdıqda bir-birlərini çağırdılar
22“Əgər meyvə dərəcəksinizsə, bağınıza erkən gedin!”
23Onlar bağa yollandılar, yol boyu da bir-birlərinə belə pıçıldayırdılar
24“Bu gün oraya – yanınıza heç bir kasıb girməsin!”
25Onlar bu məqsədlə kasıbları bağa buraxmamağa qadir olacaqlarını zənn edib erkən getdilər
26Bağı görəndə isə belə dedilər: “Deyəsən, biz düz gəlməmişik
27Xeyr! Biz bu bağın xeyrindən məhrum olmuşuq!”
28Onların ən insaflısı dedi: “Məgər mən sizə Allahın şəninə təriflər söyləyin deməmişdimmi?”
29Onlar dedilər: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən də, biz özümüzə zülm etmişik!”
30Onlar dönüb bir-birlərini qınamağa başladılar
31və dedilər: “Vay halımıza! Biz həddi aşanlarıq
32Ola bilsin ki, Rəbbimiz bizə bu bağın əvəzinə ondan daha yaxşısını versin. Əlbəttə, biz Rəbbimizə yönəlirik”
33Dünyadakı əzab belədir. Axirət əzabı isə daha böyükdür! Kaş biləydilər
34Şübhəsiz ki, müttəqilər üçün Rəbbin dərgahında Nəim bağları hazırlanmışdır
35Biz heç müsəlmanları günahkarlara tay tutarıqmı
36Sizə nə olub, necə hökm verirsiniz
37Yoxsa sizin elə bir kitabınız vardır ki, üsyankarla itaətkarın eyni olduğunu ondan oxuyursunuz
38Ya da onda bəyəndiyiniz hər bir şeyin sizin olacağı yazılmışdır
39Yaxud Bizimlə Qiyamət gününədək əhd bağlamısınız ki, istədiyiniz hər şey sizin olacaqdır
40Onlardan soruş ki, kim buna zamin duracaqdır
41Yoxsa onların şərikləri vardır? Əgər doğru danışırlarsa, onda qoy şəriklərini gətirsinlər
42Ayağın açılacağı və onlar səcdəyə çağırılacaqları, lakin buna qadir ola bilməyəcəkləri gün –
43onların baxışları yazıq görkəm alacaq, özlərini də zillət bürüyəcəkdir. Hərçənd ki, onlar dünyada ikən sağ-salamat halda səcdə qılmağa dəvət olunurdular
44Bu Sözü yalan sayanları Mənim öhdəmə burax. Biz onları tovlayıb bilmədikləri bir yöndən tədricən əzaba sürükləyirik
45Hələlik Mən onlara möhlət verirəm. Şübhəsiz ki, Mənim kafirlər üçün qurduğum hiyləm çox güclüdür
46Yoxsa sən onlardan bir muzd istəyirsən və onlar da ağır bir borca düşüblər
47Yoxsa qeyb onların əlindədir və onlar da ona baxıb istədiklərini yazırlar
48Sən öz Rəbbinin hökmünə səbir et və balıq sahibi Yunus kimi olma! O zaman o, qəm-qüssə içində Rəbbinə dua etmişdi
49Əgər Rəbbinin mərhəməti ona yetişməsəydi, o, qınanmış halda heç bir bitki bitməyən boş yerə atılacaqdı
50Lakin Rəbbi onu seçib əməlisalehlərdən etdi
51Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirələr. Onlar çarəsizlikdən: “O, dəlidir!”– deyirlər
52Halbuki bu Quran aləmlər üçün öyüd-nəsihətdən başqa bir şey deyildir
mənbə: Alikhan Musayev
WEBREATH · 11:11
«If you are thankful, I will give you more» — Quran 14:7
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath