56. Əl-Vaqiya
1Vaqiə qopacağı zaman
2onun qopduğunu heç kəs dana bilməz
3O, bəzilərini alçaldacaq, bəzilərini də ucaldacaqdır
4Yer şiddətlə titrədiyi zaman
5Dağlar parça-parça olub ovxalandığı
6və ətrafa səpələnmiş toz-torpağa döndüyü zaman
7siz üç dəstəyə ayrılacaqsınız
8Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri
9Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri
10Xeyirxah işlərdə öndə gedənlər, Cənnətdə də öndədirlər
11Onlar Allaha yaxın olanlar
12Nəim bağlarında qalacaq kimsələrdir
13Onların çoxu əvvəlki nəsillərdən
14az bir qismi də axırıncılardandır
15Onlar bəzənmiş taxtlar üstündə
16qarşı-qarşıya əyləşib dirsəklənəcəklər
17Onların ətrafında həmişəcavan xidmətçi oğlanlar fırlanacaqlar
18çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlərlə –
19ondan başları ağrımaz və məst olmazlar
20bəyənib seçdikləri meyvələr
21və istədikləri quş əti ilə hərlənəcəklər
22Onları iri qaragözlü hurilər gözləyir –
23sədəf içində saxlanılmış mirvariyə bənzər hurilər
24Bu, onların etdikləri əməllərin mükafatı olacaq
25Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər
26Ancaq: “Salam! Salam!”– sözləri eşidəcəklər
27Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri
28Onlar tikansız sidr ağacları arasında
29meyvələri salxım-salxım asılmış banan ağacları altında
30uzanmış kölgəliklərdə
31daim axan sular kənarında
32çoxlu meyvələr
33tükənməz və qadağan edilməyən meyvələr içində
34və hündür döşəklər üstündə olacaqlar
35Biz Cənnətdəki qadınları yeni biçimdə yaradacağıq
36Onları bakirə qızlar edəcəyik –
37ərlərini sevən, həmyaşıdlar
38Bunlar sağ tərəf sahibləri üçündür
39Onların çoxu əvvəlki nəsillərdən
40bir qismi də axırıncılardandır
41Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri
42Onlar qızmar yel və qaynar su içində
43qapqara duman kölgəsində olacaqlar
44Bu duman nə sərin, nə də xoşagələndir
45Onlar bundan əvvəl cah-calal içində idilər
46böyük günah işlətməkdə israr edirdilər
47və deyirdilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra yenidənmi dirildiləcəyik
48Yaxud bizim əcdadlarımız dirildiləcəklərmi?”
49De: “Şübhəsiz ki, əvvəlkilər də, sonrakılar da
50bəlli bir günün müəyyən vaxtında mütləq toplanılacaqlar
51Sonra, siz ey doğru yoldan azanlar, haqqı yalan sayanlar
52Siz mütləq zəqqum ağacından yeyəcəksiniz
53qarınlarınızı onunla dolduracaqsınız
54üstündən də qaynar su içəcəksiniz
55Siz onu susamış xəstə dəvələr kimi içəcəksiniz”
56Bu onların Haqq-hesab günündəki ziyafətidir
57Sizi Biz yaratdıq. Bəs nə üçün dirildiləcəyinizi təsdiq etmirsiniz
58Axıtdığınız nütfəni gördünüzmü
59Onu siz yaradırsınız, yoxsa Biz
60Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı ala bilməz
61Sizi bənzərləriniz ilə əvəz etməyə və sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yaratmağa Bizə mane olan tapılmaz
62Siz ilk yaradılışı bilirsiniz. Bəs nə üçün dirildiləcəyiniz barədə düşünmürsünüz
63Əkdiyinizi gördünüzmü
64Onu siz bitirirsiniz, yoxsa Biz
65Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz
66və deyərdiniz: “Biz ziyana uğradıq
67Daha doğrusu nemətlərdən məhrum olduq!”
68İçdiyiniz suyu gördünüzmü
69Onu buluddan siz endirirsiniz, yoxsa Biz
70Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz
71Yandırdığınız odu gördünüzmü
72Onun ağacını siz yaradırsınız, yoxsa Biz
73Biz onu Cəhənnəmi yada salmaq və müsafirlərin istifadəsi üçün yaratdıq
74Elə isə Ulu Rəbbinin adına təriflər de
75Ulduzların batdığı yerlərə and olsun
76Kaş bunun, doğrudan da, böyük bir and olduğunu biləydiniz
77Həqiqətən, bu, ehtirama layiq Qurandır
78qorunub saxlanılan Yazıdadır (Lövhi-məhfuzdadır)
79Ona yalnız pak olanlar toxunur
80O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir
81Siz bu kəlamı yalan sayırsınız
82Sizə verilən ruziyə şükür etməyi, onu yalan saymaqla yerinə yetirirsiniz
83Can boğaza yetişdiyi zaman –
84həmin an siz can verən adama baxırsınız
85Biz ona sizdən daha yaxın oluruq, siz isə bunu görmürsünüz
86Madam ki siz iddianıza görə haqq-hesab olunmayacaqsınız
87və doğru danışanlarsınız, onda, o canı geri qaytarın
88Amma əgər o, Allaha yaxın olanlardandırsa
89onda rəhmətə, gözəl ruziyə və Nəim bağına yetişər
90Əgər o, sağ tərəf sahiblərindəndirsə
91ona: “Sağ tərəf sahiblərindən sənə salam olsun!”– deyiləcəkdir
92Yox əgər o, haqqı yalan sayanlardan və doğru yoldan azanlardandırsa
93onun ziyafəti qaynar su olacaq
94özü də Cəhənnəmdə yanacaqdır
95Həqiqətən, bu, şübhə doğurmayan bir həqiqətdir
96Elə isə Ulu Rəbbinin adına təriflər de
mənbə: Alikhan Musayev
WEBREATH · 11:11
«If you are thankful, I will give you more» — Quran 14:7
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath