İslam
geri

55. ər-Rəhman

1Mərhəmətli Allah

2Quranı öyrətdi

3İnsanı yaratdı

4ona danışmağı öyrətdi

5Günəş və ay müəyyən bir ölçü ilə hərəkət edir

6Otlar da, ağaclar da səcdə edir

7Allah göyü ucaltdı və tərəzini qoydu ki

8çəkidə həddi aşmayasınız

9Əşyaları tərəzidə insafla çəkin və çəkini əskiltməyin

10O, yeri məxluqat üçün döşədi

11Orada meyvələr və salxımlı xurma ağacları vardır

12Həmçinin saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də vardır

13Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

14O, insanı saxsı kimi quru gildən yaratdı

15cinləri də təmiz oddan yaratdı

16Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

17Allah iki məşriqin və iki məğribin Rəbbidir

18Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

19O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu

20Onların arasında maneə vardır, onu keçə bilməzlər

21Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

22Onlardan mirvari və mərcan çıxır

23Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

24Dənizdə dağlar kimi, yelkənləri qaldırılmış halda üzən gəmilər də Onundur

25Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

26Yer üzündə olan hər kəs ölümə məhkumdur

27Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir

28Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

29Göylərdə və yerdə olan hər kəs ehtiyacı olan şeyi Ondan diləyir. O hər gün bir işdədir

30Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

31Ey ağır yükü olan insan və cin tayfası! Tezliklə ancaq sizinlə məşğul olacağıq

32Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

33Ey cin və insan tayfası! Əgər göylərin və yerin hüdudlarını yarıb keçə bilərsinizsə, keçin! Siz ancaq qüdrət və qüvvətlə keçə bilərsiniz

34Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

35Sizin üstünüzə tüstüsüz alov və ərimiş mis (və ya tüstü) göndəriləcək və siz bir-birinizə kömək edə bilməyəcəksiniz

36Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

37Göy yarılıb dağ edilmiş yağ (yaxud ərinmiş qurğuşun) kimi qıpqırmızı olacaqdır

38Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

39O gün nə insan, nə də cin günahı barəsində sorğu-sual olunmayacaqdır

40Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

41Günahkarlar simalarından tanınacaq, kəkillərindən və ayaqlarından yaxalanacaqlar

42Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

43Budur günahkarların yalan hesab etdikləri Cəhənnəm

44Onlar onunla qaynar su arasında dolanacaqlar

45Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

46Rəbbinin hüzurunda durmaqdan qorxanları iki Cənnət bağı gözləyir

47Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

48İkisində də növbənöv meyvələrlə dolu budaqlar vardır

49Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

50İkisində də iki axar bulaq vardır

51Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

52İkisində də hər meyvədən qoşa-qoşa vardır

53Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

54Onlar orada astarları atlazdan olan döşəklərə dirsəklənəcəklər. Hər iki bağın meyvələri onlara yaxın olacaqdır

55Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

56Orada gözlərini öz ərlərinə dikmiş, onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır

57Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

58Onlar sanki yaqut və mərcandırlar

59Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

60Yaxşılığın əvəzi ancaq yaxşılıq deyildirmi

61Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

62Bu ikisindən başqa daha iki Cənnət bağı da vardır

63Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

64Hər ikisi tünd yaşıldır

65Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

66İkisində də fəvvarə vuran iki bulaq vardır

67Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

68İkisində də cürbəcür meyvələr, xurma ağacları və nar vardır

69Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

70Orada xoş xasiyyətli, gözəl qızlar vardır

71Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

72Çadırlarda gözlərini öz ərlərinə dikmiş hurilər vardır

73Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

74Onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır

75Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

76Onlar yaşıl balışlara və gözəl döşəkcələrə dirsəklənəcəklər

77Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız

78Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər mübarəkdir

mənbə: Alikhan Musayev

WEBREATH · 11:11

«If you are thankful, I will give you more» — Quran 14:7

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath