53. Ən-Nəcm
1And olsun batmaqda olan ulduza
2Sizin yoldaşınız nə haqdan azmış, nə də yoldan çıxmışdır
3O, öz istəyi ilə danışmır
4Bu, ona təlqin edilən bir vəhydir
5Bunu ona çox qüvvətli olan öyrətdi –
6gözəl görünüşlü Cəbrail. O, yüksəlib öz surətində göründü
7O, ən uca üfüqdə idi
8Sonra Muhəmmədə yaxınlaşıb aşağı endi
9O, iki yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi
10Sonra Allah Öz quluna nazil edəcəyini vəhy etdi
11Peyğəmbərin qəlbi gördüyünü yalan saymadı
12İndi siz onunla gördüyü şey barəsində mübahisəmi edirsiniz
13Onu bir daha öz sürətində enərkən gördü –
14son həddəki Sidr ağacının yanında
15Məva bağı da onun yanındadır
16O zaman Sidr ağacını bürüyən bürümüşdü
17Peyğəmbərin gözü yayınmadı və həddi aşmadı
18O, öz Rəbbinin ən böyük dəlillərindən bəzisini gördü
19Siz tapındığınız Lat və Uzzanı gördünüzmü
20Həmçinin üçüncü olan Mənatı da
21Məgər oğlanlar sizin, qızlar Onundurmu
22Onda bu ədalətsiz bölgü olardı
23Onlar sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyildir. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Onlar yalnız zənnə və nəfslərinin istəklərinə uyarlar. Halbuki Rəbbindən onlara doğru yolu göstərən rəhbər artıq gəlmişdir
24Yoxsa insan üçün istədiyi hər şey hazırlanmışdır
25Axirət də, dünya da Allahındır
26Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti Allahın istədiyi və Özünün razı qaldığı kimsələrdən başqa heç kəsə heç bir fayda verməz
27Axirətə inanmayanlar, həqiqətən də, mələklərə qadın adları verirlər
28Halbuki buna dair heç bir bilgiləri yoxdur. Sadəcə olaraq zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz
29Sən də Bizim Zikrimizi rədd edib dünya həyatından başqa bir şey istəməyənlərdən üzünü yana çevir
30Onların bilik səviyyəsi budur. Şübhəsiz ki, sənin Rəbbin Onun yolundan azanı da, doğru yolla gedəni də yaxşı tanıyır
31Göylərdə və yerdə nə varsa, Allahındır. Bu, Allahın pislik edənlərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə ən gözəli ilə (Cənnətlə) mükafatlandırması üçündür
32Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və iyrənc əməllərdən çəkinirlər. Həqiqətən, sənin Rəbbin geniş məğfirət sahibidir. O, sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində rüşeym halında olanda da sizi yaxşı tanıyırdı. Özünüzü təmizə çıxartmayın! Çünki O, kimin Allahdan qorxduğunu yaxşı bilir
33Gördünmü üz çevirəni
34malından azacıq verib sonra heç verməyəni
35Məgər o, qeybi bilirmi ki, bunu görsün
36Yoxsa Musanın səhifələrində olanlar barədə ona xəbər verilmədi
37Məgər vəfalı olan İbrahimin səhifələrində olanlar barədə ona bildirilmədi
38Heç bir günahkar başqasının günah yükünü daşımaz
39İnsan can atdığı şeyə nail olar
40Əlbəttə, onun can atdığı əməl ona nəsib olacaqdır
41Sonra da ona bunun əvəzi tam veriləcəkdir!”
42Son dönüş sənin Rəbbinədir
43Güldürən də, ağladan da Odur
44Öldürən də, dirildən də Odur
45O, insanlardan və heyvanlardan biri erkək və bir də dişi olmaqla iki cüt yaratdı –
46axıdılan bir nütfədən
47Təkrar diriltmək də Ona aiddir
48Dövlətli edən də, kasıb edən də Odur
49Şiranın da Rəbbi Odur
50O, əvvəlki Ad tayfasını məhv etdi
51Səmudu da məhv edib onlardan heç kəsi sağ buraxmadı
52Daha öncə Nuh qövmünü də məhv etdi, çünki onlar daha zalım, daha azğın kimsələr idi
53Alt-üst olmuş kəndləri də O viran qoydu
54Onların başına gətirdiyini gətirdi
55Sən öz Rəbbinin hansı nemətlərinə şübhə edirsən
56Bu da əvvəlki xəbərdarlıq edib qorxudanlar kimi bir qorxudandır
57Yaxınlaşan (Qiyamət günü) yaxınlaşdı
58Allahdan başqa heç kəs onun qarşısını ala bilməz
59Siz bu Sözə təəccüblənirsiniz
60gülürsünüz, heç ağlamırsınız
61və oynayıb əylənirsiniz
62Siz Allaha səcdə qılın və Ona ibadət edin
mənbə: Alikhan Musayev
WEBREATH · 11:11
«If you are thankful, I will give you more» — Quran 14:7
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath