51. Əz-Zəriyat
1And olsun toz-torpağı ətrafa səpələyənlərə
2And olsun yağmur yükü daşıyanlara
3And olsun asanlıqla üzüb gedənlərə
4And olsun işləri paylaşdıranlara
5Sizə vəd olunanlar həqiqətdir
6Haqq-hesab da mütləq çəkiləcəkdir
7And olsun gözəl görünüşü olan səmaya
8Sizin sözləriniz ziddiyyətlidir
9Ondan (Qurandan və Peyğəmbərdən) dönən kimsə döndərilər
10Məhv olsun yalançılar
11O kəslər ki, cəhalət içində olan qafillərdir
12Onlar Haqq-hesab gününün nə vaxt olacağını soruşurlar
13O gün onlara odda əzab veriləcəkdir
14Onlara deyiləcək: “Dadın əzabınızı! Sizin tez-tələsik gəlməsini istədiyiniz şey budur!”
15Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və bulaqlar başında olacaqlar
16öz Rəbbinin onlara verdiyini alacaqlar. Həqiqətən, onlar bundan əvvəl yaxşı iş görən adamlar olmuşdular
17Onlar gecələr ibadət edib az yatırdılar
18Sübh çağı isə bağışlanma diləyirdilər
19Onların mal-dövlətində dilənçinin və yoxsulun payı vardır
20Qəti inananlar üçün yer üzündə dəlillər vardır
21Sizin özünüzdə də dəlillər vardır. Məgər görmürsünüz
22Sizin ruziniz və sizə vəd olunan şeylər göydədir
23Göyün və yerin Rəbbinə and olsun ki, bu vəd sizin danışmağa qüdrətiniz olduğu kimi həqiqətdir
24İbrahimin möhtərəm qonaqlarının əhvalatı sənə gəlib çatdımı
25Onlar onun yanına daxil olub: “Sənə salam olsun!”– dedilər. İbrahim: “Sizə də salam olsun! Siz yad adamlara oxşayırsınız!”– dedi
26O, təşviş içində ailəsinin yanına getdi və kök bir buzov qızardıb gətirdi
27Onu qabaqlarına qoyub: “Yemək yeməyəcəksinizmi?”– dedi
28O, qonaqların yemədiklərini görüb onlardan qorxuya düşdü. Onlar: “Qorxma!”– dedilər və ona elmli bir oğlan uşağı ilə müjdə verdilər
29Zövcəsi qışqırıb üz-gözünə vura-vura dedi: “Axı mən sonsuz qoca qarıyam!”
30Onlar dedilər: “Sənin Rəbbin belə demişdir. Həqiqətən, O, Müdrikdir, Biləndir!”
31İbrahim dedi: “Sizin işiniz nədir, ey elçilər?”
32Onlar dedilər: “Biz günahkar bir qövmə göndərilmişik ki
33onların üstünə gildən daşlar yağdıraq –
34həddi aşanlar üçün sənin Rəbbinin yanında nişan qoyulmuş daşlar!”
35Biz orada olan möminləri o kənddən çıxartdıq
36Amma orada bir evdən başqa müsəlman tapmadıq
37Ağrılı-acılı əzabdan qorxanlar üçün orada bir əlamət qoyduq
38Musanın əhvalatında da ibrət vardır. O zaman Biz onu Fironun yanına aydın bir dəlillə göndərmişdik
39O, öz camaatı ilə birlikdə üz çevirib: “Bu sehrbazdır, ya da dəlidir!”– dedi
40Biz Fironu və əsgərlərini yaxalayıb dənizə atdıq. O, qınanmağa layiq idi
41Ad qövmünün hekayətində də ibrət vardır. O zaman Biz onların üstünə xeyir-bərəkətsiz bir külək göndərmişdik
42O külək üstündən keçdiyi hər bir şeyi sovurub külə döndərirdi
43Səmud qövmünün hekayətində də ibrət vardır. O zaman onlara: “Müəyyən vaxtadək dolanıb-keçinin!”– deyilmişdi
44Onlar öz Rəbbinin əmrindən çıxdılar və onları gözləri baxa-baxa ildırım vurdu
45Onlar ayağa qalxa bilmədilər və onlara kömək edən də olmadı
46Daha əvvəl Nuh qövmünü məhv etdik. Çünki onlar fasiq adamlar idilər
47Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk
48Yeri də Biz döşədik. Nə gözəl döşəyənlərik Biz
49Biz hər şeydən erkək və dişi olmaqla cütlər yaratdıq ki, bəlkə, düşünüb ibrət alasınız
50De: “Allaha tərəf qaçın! Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm
51Allahla yanaşı başqa bir məbud qəbul etməyin. Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm!”
52Beləcə, onlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, onun barəsində: “Sehrbazdır, ya da dəlidir!”– deməsinlər
53Onlar bunu bir-birinə vəsiyyətmi etmişlər? Xeyr, onlar həddi aşan adamlardır
54Artıq onlardan üz döndər! Sən buna görə qınanmazsan
55Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir
56Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım
57Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm
58Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir
59Şübhəsiz ki, zülm edənləri həmtaylarının qisməti kimi bir qismət gözləyir. Qoy onlar Məni tələsdirməsinlər
60Onlara vəd olunmuş Gündən ötrü vay kafirlərin halına
mənbə: Alikhan Musayev
WEBREATH · 11:11
«If you are thankful, I will give you more» — Quran 14:7
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath