104. Əl-Huməzə
1Hər bir qeybət edənin, tənə vuranın vay halına
2O şəxs ki, mal-dövlət toplayıb onu təkrar-təkrar sayır
3və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır
4Xeyr! O, mütləq Hutəməyə atılacaqdır
5Sən haradan biləsən ki, Hutəmə nədir
6Bu, Allahın qaladığı Oddur
7O Od ki, qalxıb ürəklərə çatacaq
8Həqiqətən, o Od onların üzərində qapanacaqdır
9Özləri də orada yüksək dirəklərə bağlanmış olacaqlar
mənbə: Alikhan Musayev
WEBREATH · 11:11
«If you are thankful, I will give you more» — Quran 14:7
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath