100. Əl-Adiyat
1And olsun tövşüyə-tövşüyə çapanlara
2And olsun dırnaqları ilə qığılcım çıxaranlara
3And olsun sübh çağı həmlə edənlərə ki
4hücuma keçib tozanaq qaldıraraq
5qoşunun içərisinə soxulurlar
6Həqiqətən, insan Rəbbinə qarşı yaman nankordur
7Özü də bunun şahididir
8Həqiqətən, o, var-dövlətə çox hərisdir
9Məgər o bilmir ki, qəbirlərdə olanlar çıxardılacağı
10və kökslərdə olanlar aşkar ediləcəyi zaman –
11məhz o gün Rəbbi onlardan xəbərdar olacaqdır
mənbə: Alikhan Musayev
WEBREATH · 11:11
«If you are thankful, I will give you more» — Quran 14:7
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath