Xristianlıq
geri

ZƏKƏRİYYƏ 3

1Rəbb mənə bunu göstərdi: Rəbbin mələyinin önündə baş kahin Yeşua durmuşdu və onu ittiham etmək üçün sağında Şeytan dayanmışdı.

2Rəbb Şeytana dedi: «Rəbb səni məzəmmət etsin, ey Şeytan, Yerusəlimi seçən Rəbb səni məzəmmət etsin. Bu adam oddan çıxarılmış, yarısı yanmış odun parçasına bənzəmirmi?»

3O vaxt Yeşua əyninə çox çirkli paltar geyinib mələyin önündə dayanmışdı.

4Bu mələk önündə duran mələklərə dedi: «Onun əynindən çirkli paltarı çıxarın». Sonra Yeşuaya dedi: «Bax günahını sənin üzərindən götürdüm, indi sənə bayram paltarı geyindirəcəyəm».

5Mən isə dedim: «Qoy başına da təmiz çalma bağlasınlar». Başına təmiz çalma bağlayıb ona paltar geyindirdilər. Rəbbin mələyi də yanında durmuşdu.

6Sonra Rəbbin mələyi Yeşuaya şəhadət edib dedi:

7«Ordular Rəbbi belə deyir: “Əgər yollarımla getsən, verdiyim buyruğumu qoruyub saxlasan, Evimə sən başçılıq edəcəksən, həyətlərimi sən qoruyacaqsan. Burada duranların arasında içəri keçmək haqqını sənə verirəm”.

8Ey baş kahin Yeşua, sən və sənin önündə oturan yoldaşların qulaq assın! Çünki onlar gələcək hadisələrin əlamətidir. Mən “Pöhrə” adlı qulumu gətirəcəyəm.

9Yeşuanın önünə qoyduğum daşa baxın! O tək daşın yeddi gözü var. Onun üzərinə bir yazı oyub yazacağam» bəyan edir Ordular Rəbbi, «Bir gün içində bu ölkənin günahını ortadan götürəcəyəm.

10O gün hər biriniz qonşusunu öz tənəyi və əncir ağacı altına çağıracaq» Bəyan edir Ordular Rəbbi.

mənbə: Azərbaycan dilində Müqəddəs Kitab

WEBREATH · 11:11

«He himself gives everyone life and breath and everything else» — Acts 17:25

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath