Xristianlıq
geri

ZƏBUR 8

1Ey Xudavəndimiz Rəbb, İsmin bütün yer üzündə nə qədər əzəmətlidir! Ehtişamın göylərə qalxır!

2Düşməni və qisasçını susdurmaq üçün Körpələrin və çağaların səsi ilə Yağılarına qarşı qala qurdun.

3Əllərinin işi olan göyləri, Öz yerinə düzdüyün ay və ulduzları gördükdə deyirəm:

4«İnsan kimdir ki, onun haqqında düşünürsən? Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən?»

5Onu Allahdan bir az aşağı yaratdın, İzzət və əzəmət tacını onun başına qoydun,

6Əllərinin işləri üzərində onu hökmdar etdin. Hər şeyi onun ayağının altına qoydun:

7Bütün sürü və naxırları, Çöldə yaşayan heyvanları,

8Göydəki quşları, dənizdəki balıqları, Dəryalarda üzənlərin hamısını.

9Ey Xudavəndimiz Rəbb, İsmin bütün yer üzündə nə qədər əzəmətlidir!

mənbə: Azərbaycan dilində Müqəddəs Kitab

WEBREATH · 11:11

«He himself gives everyone life and breath and everything else» — Acts 17:25

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath