Xristianlıq
geri

ZƏBUR 88

1Ya Rəbb, ey məni qurtaran Allah, Gecə-gündüz Sənə yalvarıram!

2Qoy duam Sənə çatsın, Qulaq as naləmə.

3Bəlalardan canım boğazıma gəldi, Həyatım ölülər diyarına yaxınlaşır.

4Qəbirə düşənlərin içində sayılıram, Sanki məndə taqət qalmayıb.

5Elə bil ölülər içinə düşmüşəm, Yaddaşından silinmişəm, Köməyindən əlimi üzmüşəm, Məzarda yatan meyitlər kimiyəm.

6Məni dərin qəbirə, Dərin, qaranlıq bir yerə saldın.

7Qəzəbin üstümə gəldi, Təlatümün tamamilə məni əzdi. Sela

8Tanışlarımı məndən uzaqlaşdırdın, Onlarda mənə qarşı ikrah yaratdın. Qapalı qalmışam, çıxa bilmirəm,

9Bu zülmümdən gözlərimin nuru sönür. Ya Rəbb, hər gün Səni çağırıram, Sənə əl açıram.

10Xariqələrini ölülərəmi göstərəcəksən? Kölgələrmi qalxıb Sənə şükür edəcək? Sela

11Məhəbbətin məzardamı, Sədaqətin Həlak yerindəmi bəyan olunacaq?

12Xariqələrin qaranlıqdamı, Ədalətin unudulma diyarındamı tanınacaq?

13Mən isə, ya Rəbb, Səni imdada çağırıram, Duam hər səhər hüzuruna qalxır.

14Ya Rəbb, niyə məni rədd edirsən? Niyə məndən üzünü gizlədirsən?

15Mən uşaqlıqdan məzlumam, ölümcül haldayam, Göstərdiyin dəhşətlərdən çarəsiz qalmışam.

16Qəzəbin üzərimdən basır, Verdiyin vahimələrdən məhv oluram.

17Bunlar sel kimi məni dövrəyə salır, Bunlar birgə həmişə başımın üstünü alır.

18Yarımı, yoldaşımı məndən uzaqlaşdırmısan, Yalnız qaranlıqla həmdəm olmuşam.

mənbə: Azərbaycan dilində Müqəddəs Kitab

WEBREATH · 11:11

«He himself gives everyone life and breath and everything else» — Acts 17:25

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath