Xristianlıq
geri

ZƏBUR 83

1Ey Allah, susub səssiz durma! Ey Allah, sakit olma!

2Budur, düşmənlər qiyamət qoparır, Sənə nifrət edənlər Sənin əleyhinə qalxır.

3Xalqına qarşı fənd işlədirlər, Sənin qoruduqlarına qarşı birgə qərara gəlirlər.

4Deyirlər: «Gəlin, onları millət olmasın deyə məhv edək, İsrailin adı xatırlanmasın deyə onları yox edək».

5Ürəkləri bir olaraq qərara gəliblər, Sənə qarşı bunlar əhd ediblər:

6Edomlular, İsmaillilər, Moavlılar, Həcərlilər,

7Geval, Ammon, Amaleq, Filişt və Sur əhalisi.

8Aşşur da onlara qoşulub, Lutun övladlarına kömək edir. Sela

9Başlarına gətir Midyanlılara etdiklərini, Qişon vadisində Sisranın, Yavinin başına gətirdiklərini.

10Onlar En-Dorda həlak oldular, Torpaq üçün peyin oldular.

11Əsilzadələrini Orev və Zeev kimi et, Bütün ağalarını Zevah və Salmunna kimi et.

12Onlar demişdilər: «Allahın otlaqlarına sahib olaq».

13Ey Allahım, onları sovrulan toza, Küləyin süpürdüyü saman qırıntısına çevir.

14Meşəni yandıran od kimi, Dağları alışdıran alov kimi

15Onları tufanınla qov, Qasırğanla dəhşətə sal.

16Ya Rəbb, onların üzünü xəcalətə bürü, Qoy Sənin ismini axtarsınlar.

17Əbədilik utanaraq vəlvələyə düşsünlər, Rüsvay olub yox olsunlar.

18Bilsinlər ki, Sənin ismin Rəbdir, Bütün yer üzündə ancaq Sən Haqq-Taalasan!

mənbə: Azərbaycan dilində Müqəddəs Kitab

WEBREATH · 11:11

«He himself gives everyone life and breath and everything else» — Acts 17:25

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath