Xristianlıq
geri

ZƏBUR 75

1Ey Allah, biz Sənə şükür edirik, Bizə doğma olan isminə şükür olsun, Xariqələrin bunu bəyan edir!

2Allah deyir: «Müəyyən etdiyim zaman Mən insafla hakimlik edəcəyəm.

3Yer və üzərindəkilər lərzəyə gələrkən Onu saxlayıb sütunlarından tutan Mənəm. Sela

4Məğrurlara dedim: “Daha məğrurluq etməyin”, Pislərə dedim: “Gücünüzü göstərməyin,

5Buynuz çıxartmayın, Dikbaş-dikbaş danışmayın”».

6İnsanı yüksəltmək Nə şərqdən, nə qərbdən, nə də çöllərdən gəlir.

7Hökm verən Allah isə Həm alçaldır, həm yüksəldir.

8Rəbb əlində bir cam tutub, Onu ədviyyatlı, köpüklənən şərabla doldurub. Şərabından töküb dünyanın bütün pislərinə paylayacaq, Onlar da şərabı dibinə qədər içib-qurtaracaq.

9Mənsə daim bunu elan edəcəyəm, Yaqubun Allahına tərənnüm oxuyacağam.

10Pis adamların buynuzları qırılacaq, Amma salehlərin qüvvəti artacaq.

mənbə: Azərbaycan dilində Müqəddəs Kitab

WEBREATH · 11:11

«He himself gives everyone life and breath and everything else» — Acts 17:25

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath