Xristianlıq
geri

ZƏBUR 66

1Ey bütün dünya əhli, Cuşa gəlib Allaha nida edin,

2Şərəfli ismini tərənnüm edin, Ona şərəflə həmd edin!

3Siz Allaha belə deyin: «Əməllərin nə qədər zəhmlidir! O qədər qüdrətlisən ki, Düşmənlərin qarşında diz çökür!

4Bütün dünya Sənə səcdə edir, Səni tərənnüm edir, İsmini tərənnüm edir». Sela

5Gəlin, Allahın işlərini, Bəşər övladları üçün etdiyi zəhmli əməllərini görün.

6Dənizi quruya çevirdi, Çayın sularını saxlayıb xalqını piyada keçirtdi. Biz Allaha görə sevinək!

7Qüdrəti ilə əbədi səltənət sürər, Günahkarlar Ona qarşı qalxmasın deyə Göz qoyub millətlərə nəzarət edər. Sela

8Ey xalqlar, Allahımıza alqış edin, Ona həmd edin, səsiniz eşidilsin!

9Odur canımızı qoruyan, Ayağımızı büdrəməyə qoymayan.

10Ey Allah, bizi sınaqdan keçirtdin, Sən bizi gümüş kimi təmizləyib saflaşdırdın.

11Sən bizi Öz torunla tutdun, Kürəyimizə ağır yük qoydun.

12Sən insanları başımızın üstündən keçirtdin. Oda düşdük, suya düşdük, Axırda bizi Sən bolluğa çıxartdın.

13Sənin evinə yandırma qurbanları ilə gələcəyəm, Sənə əhd etdiyim təqdimləri verəcəyəm.

14Dar gündə dilim bunları bəyan etdi, Mənim ağzım bu əhdləri söylədi.

15Kökəldilmiş heyvanları Sənin üçün yandırma qurbanı verəcəyəm. Qoçların xoş tüstüsü Sənə sarı qalxacaq, Təkələri, öküzləri qurban gətirəcəyəm. Sela

16Ey Allahdan qorxanlar, gəlin, dinləyin, Onun mənə nə etdiyini sizə bəyan edim.

17Ağzımla Onu səslədim, Dilimlə Onu mədh etdim.

18Mən qəlbimdə təqsirə yer versəydim, Xudavənd məni eşitməzdi.

19Lakin Allah məni dinlədi, Duamın səsini eşitdi.

20Alqış olsun Allaha! Duamı rədd etmədi, Məndən məhəbbətini əsirgəmədi!

mənbə: Azərbaycan dilində Müqəddəs Kitab

WEBREATH · 11:11

«He himself gives everyone life and breath and everything else» — Acts 17:25

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath