Xristianlıq
geri

ZƏBUR 64

1Ey Allah, eşit səsimi, Sənə şikayət edirəm, Həyatımı düşmən vahiməsindən qoru.

2Pislərin fəndlərindən, Şər iş görənlərin vəlvələsindən Məni qoru.

3Onlar qılınc kimi dillərini itiləyirlər, Kamanın üstünə ox kimi acı sözlərini qoyurlar,

4Günahsız insana pusqu qurduqları yerlərdən Qəfildən, çəkinmədən atırlar.

5Bir-birlərini şər iş görməkdə cəsarətləndirirlər, Gizlənib tələ qurmaq üçün məsləhət edirlər, «Bunu kim görəcək?» deyirlər.

6Fitnəkarlıqla qəsd qururlar və belə deyirlər: «Ustalıqla fənd işlətdik». İnsanın daxili, qəlbi görünməz.

7Lakin Allah onlara ox atacaq, Onlar qəflətən yaralanacaq.

8Öz dilləri özlərini yıxacaq, Onları görənlər başını bulayıb xor baxacaq.

9Bütün insanlar qorxacaq, Allahın əməllərini bəyan edəcək, Onun işləri barədə düşünəcək.

10Saleh insan Rəbbə görə sevinəcək, Ona pənah gətirəcək. Bütün ürəyidüz insanlar Rəbbə həmd edəcək!

mənbə: Azərbaycan dilində Müqəddəs Kitab

WEBREATH · 11:11

«He himself gives everyone life and breath and everything else» — Acts 17:25

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath