Xristianlıq
geri

ZƏBUR 63

1Ey Allah, mənim Allahım Sənsən, Sənin üçün yaman qəribsəmişəm. Quraq, cansıxıcı, susuz bir diyarda Sənsiz könlüm susuzdur. Bütün varlığımla həsrətini çəkirəm.

2Müqəddəs yerdə Səni seyr edirdim, Qüdrətini, əzəmətini görürdüm.

3Mənim dilim Səni tərənnüm edir, Məhəbbətin bu həyatdan gözəldir.

4Bütün ömrüm boyu Sənə alqış edəcəyəm, Əllərimi qaldırıb adınla Səni səsləyəcəyəm.

5Sanki yağlı yeməklə canım tox olacaq, Dilim Səni mədh edəcək, ağzım həmd oxuyacaq.

6Yatanda belə, Səni xatırlayıram, Gecə növbələrində Səni düşünürəm.

7Sən mənə kömək oldun, Qanadlarının kölgəsində Sənə mədh oxuyacağam.

8Könlüm Sənə bağlanır, Sağ əlin məni möhkəm tutur.

9Amma canımın qəsdinə duranlar Yerin dibinə batacaqlar,

10Qılıncın ağzına tuş gələcəklər, Çaqqallara yem olacaqlar.

11Amma padşah Allaha görə sevinəcək, Adına and içən hər kəs həmd söyləyəcək, Yalançıların isə ağzı yumulacaq.

mənbə: Azərbaycan dilində Müqəddəs Kitab

WEBREATH · 11:11

«He himself gives everyone life and breath and everything else» — Acts 17:25

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath