ZƏBUR 5
1Ya Rəbb, sözlərimə qulaq as, Ah-naləmə nəzər sal.
2Ey Padşahım, ey Allahım, fəryad səsimə qulaq as, Çünki Sənə dua edirəm.
3Ya Rəbb, səhər erkən səsimi eşidirsən, Səhər erkən Sənə dua edib cavab gözləyirəm.
4Çünki Sən pislikdən xoşlanan Allah deyilsən, Şər Sənin yanına gəlməz.
5Təkəbbürlülər hüzurunda dayana bilməz, Bütün şər iş görənlərə nifrət edirsən.
6Yalan söyləyənləri məhv edirsən, Ya Rəbb, qaniçənlərdən, hiyləgərlərdən ikrah edirsən.
7Fəqət mən bol məhəbbətin naminə evinə gələcəyəm, Üz tutub müqəddəs məbədinə qorxu ilə səcdə edəcəyəm.
8Ya Rəbb, ədalətinlə məni düz yola yönəlt, Düşmənlərimin üzündən Öz yolunu qarşımda düzəlt.
9Onların dillərində düz söz yoxdur, Ürəkləri pis niyyətlə doludur. Boğazları açıq qəbirdir, Dilləri yalan danışır.
10Ey Allah, onları təqsirkar çıxar, Qoy niyyətlərinə görə bu şər insanlar yıxılsın. Onları saysız günahlarına görə qov, Çünki Sənin əleyhinə qalxıblar.
11Sənə pənah gətirənlərsə qoy sevinsin, Qoy Səni daima mədh etsinlər, Çünki onları Sən qoruyursan. Sənin adını sevənlər sevincdən cuşa gəlsin!
12Ya Rəbb, salehə xeyir-dua verirsən, Lütfünlə sipər kimi onları hifz edirsən.
WEBREATH · 11:11
«He himself gives everyone life and breath and everything else» — Acts 17:25
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath