ZƏBUR 57
1Mənə rəhm et, ey Allah, mənə rəhm et! Canımı götürüb Sənin yanına pənah gətirmişəm. Bəlalar keçib-gedənəcən Qanadlarının altına sığınacağam.
2Allah-Taalanı çağırıram, Mənim üçün hər şeyi verən Allahı çağırıram.
3Göydən mənə qurtuluş göndərəcək, Başımı yemək istəyəni rüsvay edəcək. Sela Allah Öz məhəbbətini və sədaqətini göndərəcək.
4Sanki aslanların arasındayam, Yandırıb-yaxan adamların arasında yatıram. Dişləri nizədir, oxdur, Dilləri iti qılıncdır.
5Ey Allah, göylər üzərində ucal! Ehtişamın bütün yer üzərində olsun!
6Yolumda tələ qurub canımı üzdülər, Mənə qazdıqları quyuya özləri düşdülər. Sela
7Ey Allah, qəlbim Sənə möhkəm bağlanıb, möhkəm bağlanıb, Qoy ilahi oxuyum, Səni tərənnüm edim.
8Ey mənim ruhum, oyan! Ey çəng və lira, oyan! Qoy səhəri oyadım.
9Ey Xudavənd, xalqlar arasında Sənə şükür edəcəyəm. Ümmətlər arasında Səni tərənnüm edəcəyəm.
10Məhəbbətin böyükdür, göylərə çatır, Sədaqətin buludlara dəyir.
11Ey Allah, göylər üzərində ucal! Ehtişamın bütün yer üzərində olsun!
WEBREATH · 11:11
«He himself gives everyone life and breath and everything else» — Acts 17:25
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath