Xristianlıq
geri

ZƏBUR 55

1Ey Allah, duamı dinlə, Yalvarışımdan gizlənmə!

2Yaxşı qulaq as mənə, bir cavab söylə, Düşüncələrim məni narahat edir, Çaş-baş qalmışam.

3Düşmənin səsindən, Zalımların zülmündən narahatam. Məni onların şər işləri sarsıdır, Onlar qəzəblə mənə qəsd-qərəz qurur.

4Köksümdəki ürəyim sancır, Ölüm dəhşəti üzərimə düşdü.

5Mənə qorxu və titrətmə gəlib, Canımı vicvicə bürüyüb.

6Dedim: «Kaş göyərçin kimi qanadlarım olaydı, Uçub rahatlıq tapaydım.

7Doğrudan da, uzaqlara qaçardım, Çöllərdə məskən salardım. Sela

8Bu sərt yellərdən, qasırğalardan Daldalanmaq üçün tez bir yerə gedəydim».

9Ey Xudavənd, bu şəhəri alt-üst et, Oradakıların dillərinə ayrılıq sal. Orada zorakılıq, dava gördüm;

10Bunlar gecə-gündüz divarlarının üstündə dolanır, Pislik və şər şəhərin içindədir,

11Aralarında qırğın var, Meydanlarından hədə-qorxu və fırıldaq çıxır.

12Əgər məni düşmən təhqir etsəydi, dözərdim, Yağı qarşımda qürrələnsəydi, gizlənərdim.

13Amma bunu sən etdin, ey rəfiqim, Ey yoldaşım, ürək həmdəmim.

14Səninlə şirin-şirin söhbət edərdik, Allah evinə birgə gedərdik.

15Qoy düşmənlərə qəfil ölüm gəlsin, Onlar diri-diri ölülər diyarına düşsün, Çünki şər onların evində və qəlbindədir.

16Mənsə Allahı səsləyərəm, Rəbb məni xilas edər.

17Səhər, günorta, axşam nalə çəkirəm, Ah-zar edirəm, O, səsimi eşidir.

18Çoxları əleyhimə çıxır, Amma O, canımı döyüşdən qoruyur.

19Əzəldən bəri taxtında oturan Allah Məni eşidib onları zəlil edəcək. Sela Çünki onlar əsla dəyişməz, Allahdan qorxmurlar.

20Yoldaşım dostuna əl qaldırır, Dostluq əhdini pozur.

21Onun dili kərə yağından da yağlıdır, Qəlbində isə çəkişmələr yaşayır, Sözləri zeytun yağından yumşaqdır, Amma sıyrılmış qılınclardır.

22Sən qayğı yükünü Rəbbə ver, Qoy sənə dayaq olsun. O heç vaxt salehə sarsıntı verməz.

23Ey Allah, qanlı, hiyləgər adamları Qəbirə endirəcəksən. Onların ömrü yarıya çatmayacaq. Amma mən yalnız Sənə güvənirəm!

mənbə: Azərbaycan dilində Müqəddəs Kitab

WEBREATH · 11:11

«He himself gives everyone life and breath and everything else» — Acts 17:25

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath