ZƏBUR 4
1Səni çağıranda mənə cavab ver, Ey adil Allahım! Dara düşən zaman məni genişə çıxar, Mənə lütf edib duama qulaq as!
2Ey insan övladları, nə vaxtadək Şərəfimi rüsvayçılığa çevirəcəksiniz? Nə vaxtadək boş şeylərə meyl göstərib Yalan axtaracaqsınız? Sela
3Bilin ki, mömin insanı Rəbb Özü üçün ayırıb; Nə vaxt Rəbbi çağırsam, məni eşidir.
4Qorxub-titrəyin, günah etməyin, Yatağınızda olarkən ürəyinizdə düşünün, dinməyin. Sela
5Salehlik qurbanları kəsin, Rəbbə güvənin.
6Çoxları deyir: «Kim bizə yaxşılıq edəcək?» Ya Rəbb, üzünün nurunu üstümüzə sal.
7Onların bol taxıl və təzə şəraba görə sevindiklərindən də çox Mənim qəlbimə sevinc verdin.
8Arxayın yatıb yuxuya gedirəm, Çünki yalnız Sən, ya Rəbb, məni əmin-amanlıqda yaşadırsan!
WEBREATH · 11:11
«He himself gives everyone life and breath and everything else» — Acts 17:25
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath