Xristianlıq
geri

ZƏBUR 3

1Ya Rəbb, düşmənlərim nə qədər çoxalıb! Əleyhimə qalxanlar nə qədər artıb!

2Mənim üçün çoxları deyir: «Allahdan ona xilas yoxdur». Sela3:2 Sela – fərz edilir ki, bu bir musiqi terminidir.

3Amma Sən, ya Rəbb, ətrafımda sipərsən, Şərəfimsən, başımı ucaldan Sənsən!

4Rəbbi ucadan səsləyirəm, O, müqəddəs dağından mənə cavab verir. Sela

5Mən yatıram, yuxuya gedirəm, Yenə oyanıram, çünki Rəbb mənə kömək edir.

6Hər yandan məni mühasirəyə alan On minlərlə xalqdan qorxmuram.

7Qalx, ya Rəbb! Ey Allahım, məni qurtar! Çünki Sən bütün düşmənlərimin əngindən vurursan, Pislərin dişlərini qırırsan.

8Qurtuluş Rəbdəndir, Qoy Sənin xeyir-duan xalqının üzərində olsun! Sela

mənbə: Azərbaycan dilində Müqəddəs Kitab

WEBREATH · 11:11

«He himself gives everyone life and breath and everything else» — Acts 17:25

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath