ZƏBUR 39
1Dedim: «Hər addımıma diqqət edəcəyəm, Dilimlə günah etməkdən çəkinəcəyəm. Pis adam qarşımda durarkən Dilimi yüyənləyib dinməyəcəyəm».
2Dilimi saxlayıb susdum, Yaxşılığa belə, danışmadım. Dərdlərim ağırlaşdı,
3Köksümdəki qəlbimə köz doldu. Dərin düşünəndə yanıb-yaxıldım, Dilimlə belə dedim:
4«Ya Rəbb, mənə bildir, Aqibətim necə olacaq? Ömrümün günləri nə qədər qalıb? Qoy nə qədər fani olduğumu anlayım!
5Budur, günlərim ovcuna sığdı, Ömrüm qarşında heç oldu. Bəli, insan sadəcə bir nəfəsdir. Sela
6Əlbəttə, insan kölgə kimi dolaşır, Həqiqətən, o boş yerə çarpışır, Var-dövlət yığır, kimə qalacağını bilmir.
7Ey Xudavənd, indi mən nə gözləyim? Mənim ümidim Sənsən!
8Məni bütün təqsirlərimdən qurtar, Məni axmaqların tənəsinə hədəf etmə.
9Susdum, ağzımı açmadım, Çünki Sən bunu etdin!
10Göndərdiyin bəlanı mənim üstümdən götür, Əlinin zərbəsindən gör necə əzildim.
11İnsanı təqsirinə görə məzəmmət edən zaman Arzularını güvə kimi dağıdırsan. Bəli, insan sadəcə bir nəfəsdir. Sela
12Dinlə duamı, ya Rəbb, fəryadımı eşit! Biganə qalma göz yaşlarıma. Çünki Sənin yanında bir qəribəm, Ata-babam kimi bir qonağam.
13Bir azca nəzərini məndən çək, Qoy köçüb getməzdən əvvəl dinc yaşayım».
WEBREATH · 11:11
«He himself gives everyone life and breath and everything else» — Acts 17:25
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath