Xristianlıq
geri

ZƏBUR 36

1Şər pis insanın ürəyinə pıçıldayır, Onun gözündə Allah qorxusu yoxdur.

2Öz gözündə özünü yüksək tutur, Nə təqsirini görür, nə də ona nifrət edir.

3Dilindən fitnə-fəsad düşmür, Müdrik, xeyirxah əməllərdən əl çəkib.

4Yatağında fitnələr barədə fikirləşir, Pis yolda dayanır, şər işlərdən ikrah etmir.

5Ya Rəbb, məhəbbətin göylərdədir, Sədaqətin asimanı bürüyür.

6Dağlar kimi salehliyin uludur, Dərya kimi ədalətin dərindir. Ya Rəbb, həm insanı, həm heyvanı qoruyursan.

7Ey Allah, məhəbbətin nə qədər qiymətlidir! Bəşər övladları Sənin qanadlarının kölgəsinə sığınır.

8Evinin bolluğu ilə onları doydurursan, Sənin xoşhal edən axar çayından onları içirirsən.

9Çünki həyat mənbəyi Səndədir, Biz Sənin nurunla görə bilirik.

10Səni tanıyanlara məhəbbətini, Ürəyidüz olanlara salehliyini daima göstər.

11Qoy təkəbbürlülərin təpiyi altında qalmayım, Pis adamların əli ilə qovulmayım.

12Gördüm ki, şər iş görənlər yıxılıblar, Onlar yerə sərilib, daha qalxa bilməzlər.

mənbə: Azərbaycan dilində Müqəddəs Kitab

WEBREATH · 11:11

«He himself gives everyone life and breath and everything else» — Acts 17:25

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath