ZƏBUR 34
1Hər zaman Rəbbə alqış edəcəyəm, Ona daim mənim dilim həmd edəcək.
2Rəblə könlüm fəxr edir, Ey məzlumlar, eşidib sevinin!
3Gəlin mənimlə birgə Rəbbi müqəddəs tutaq, Rəbbin ismini birgə ucaldaq.
4Rəbbə üz tutdum, O mənə cavab verdi, O hər bir dəhşətdən məni xilas etdi.
5Rəbbə baxan nur saçar, Üzü qızarmaz.
6Mən məzlum, Rəbbi çağırdım, O məni eşitdi, Bütün əzablarımdan məni xilas etdi.
7Rəbdən qorxanları Onun mələyi müdafiə edər, Onlara zəfər verər.
8Dadın, görün Rəbb nə qədər şirindir, Nə bəxtiyardır Ona pənah gətirənlər!
9Ey Rəbbin müqəddəsləri, Rəbdən qorxun, Ondan qorxan heç nəyə möhtac qalmaz.
10Gənc aslanlar ac-yalavac qaldılar, Lakin Rəbbi axtaranlar Heç bir yaxşı şeydən korluq çəkməzlər.
11Gəlin, ey övladlar, məni dinləyin, Rəbb qorxusunu sizə öyrədim:
12Kim həyatdan kam almaq istəyirsə, Uzun ömür sürüb xoş gün görmək istəyirsə,
13Qoy dilini şərdən, Ağzını fırıldaq üçün işlətməkdən qorusun,
14Qoy şərdən çəkinib yaxşılıq etsin, Sülhü axtarıb ardınca getsin!
15Rəbbin gözü salehlərin üzərindədir, Qulaqları onların fəryadlarına açıqdır.
16Rəbbin üzü şər iş görənlərə qarşıdır, Yer üzündə onlardan nişanə qoymayacaq.
17Salehlər fəryad çəkəndə Rəbb eşidir, Onları bütün əzablarından azad edir.
18Rəbb qəlbisınıqlara yaxındır, O, ruhən əzilmişləri qurtarır.
19Salehlər çox bəlaya düçar olar, Lakin Rəbb onları hər birindən qurtarır.
20Rəbb onların hər bir sümüyünü qoruyur, Heç biri zədələnməz.
21Pislər öz şəri ilə məhv olacaq, Salehə nifrət edən məhkum olacaq.
22Rəbb qullarının canını azad edir, Rəbbə pənah gətirən məhkum olmur.
WEBREATH · 11:11
«He himself gives everyone life and breath and everything else» — Acts 17:25
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath