Xristianlıq
geri

ZƏBUR 32

1Üsyankarlığı bağışlanan, Günahı əfv olunan insan Nə bəxtiyardır!

2Rəbb tərəfindən təqsirkar sayılmayan, Qəlbində hiylə olmayan insan Nə bəxtiyardır!

3Etiraf etməyəndə Bütün gün nalə çəkməkdən Sümüklərim taqətdən düşdü.

4Əlin üzərimdə gecə-gündüz ağırlaşdı, Sanki yayın quraqlığı məni taqətdən saldı. Sela

5Sonra Sənə günahımı etiraf etdim, Təqsirlərimi gizlətmədim. Dedim: «Üsyankarlığımı Rəbbə etiraf edirəm». Təqsirimi, günahımı bağışladın. Sela

6Buna görə hər bir mömin Səni tapan zaman Sənə dua etsin. Azğın sellər daşsa da, Möminə toxunmaz.

7Sığınacaq yerim Sənsən, Məni dardan hifz edirsən. Zəfər harayı ilə Ətrafımda dövr edirsən. Sela

8Dedin: «Sənə təlim verəcəyəm, Gedəcəyin yolu öyrədəcəyəm. Nəsihət verəcəyəm, Gözüm sənin üstündə olacaq.

9At yaxud qatır kimi Şüursuz olmayın. Cilov, yüyən vurulmasa, Onlar idarə edilə bilməz».

10Pislərin başına çox bəla gələr, Rəbbə güvənənlər isə hər tərəfdən məhəbbətə bürünər.

11Ey salehlər, fərəhlənin, Rəbbə görə sevinin! Ey ürəyidüz olanlar, Onu mədh edin!

mənbə: Azərbaycan dilində Müqəddəs Kitab

WEBREATH · 11:11

«He himself gives everyone life and breath and everything else» — Acts 17:25

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath