ZƏBUR 2
1Nə üçün millətlər belə vurnuxmaya düşür, Ümmətlər boş şeylər düşünür?
2Dünya şahları yığışır, Hökmdarlar Rəbbə və Onun məsh etdiyinə qarşı birləşir.
3Deyirlər: «Gəlin onların buxovlarını qoparaq, Üstümüzdəki zəncirlərini ataq».
4Göylərin sakini gülür, Xudavənd onlara istehza edir.
5Sonra onlara hiddəti ilə xəbərdarlıq edəcək, Qəzəbi ilə onları dəhşətə gətirəcək.
6O deyir: «Mən padşahımı Müqəddəs dağım Sionda əyləşdirmişəm».
7Rəbbin fərmanını elan edəcəyəm. Rəbb mənə dedi: «Sən Mənim oğlumsan, Mən bu gün sənə Ata oldum.
8Məndən istə, onda irs olaraq millətləri, Mülk olaraq yer üzünün qurtaracağınadək hər yeri Sənə verərəm.
9Onları dəmir əsa ilə qıracaqsan, Saxsı qab kimi çilik-çilik edəcəksən».
10İndi, ey şahlar, müdrik olun! Ey dünya hakimləri, ibrət alın!
11Rəbdən qorxub Ona xidmət edin, Həm titrəyin, həm sevinin.
12Oğulu öpün ki, qəzəblənməsin, Yoxsa tutduğunuz yolda məhv olarsınız. Çünki qəzəbi tezliklə alovlanar. Ona pənah gətirənlərin hamısı nə bəxtiyardır!
WEBREATH · 11:11
«He himself gives everyone life and breath and everything else» — Acts 17:25
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath