ZƏBUR 28
1Ya Rəbb, Səni səsləyirəm, Ey Qayam, qulağını tıxama. Əgər cavab verməsən, Qəbirə düşənlərə bənzəyərəm.
2Səni yardıma çağırarkən, Məbədinin ən müqəddəs yerinə tərəf əllərimi qaldırarkən, Yalvarış səsimi eşit.
3Pislərlə, şər iş görənlərlə birgə Məni dartıb aparma. Onlar qonşuları ilə dost kimi danışır, Lakin qəlblərində şər dolaşır.
4Əməllərinə, pis işlərinə görə Onların əvəzini ver, Əllərindən gələn bu işlər nəyə layiqdirsə, Onlar üçün ödə.
5Rəbbin əməllərinə əhəmiyyət vermədiklərinə görə, Onun əllərinin əməllərinə fikir vermədiklərinə görə Rəbb onları yerə vuracaq, Bir daha qaldırmayacaq.
6Alqış olsun Rəbbə, Yalvarış səsimi eşitdi!
7Rəbb qalam, sipərimdir! Qəlbim Ona güvənəndə köməyimə çatır. Sevincdən qəlbim cuşa gəlir, İlahilərimlə Ona şükür edirəm.
8Rəbb Öz xalqının gücüdür, Məsh etdiyi insanın nicat qalasıdır.
9Öz xalqını qurtar, Seçdiklərinə xeyir-dua ver. Öz sürünü otar, Xalqının əbədilik qayğısına qal!
WEBREATH · 11:11
«He himself gives everyone life and breath and everything else» — Acts 17:25
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath