ZƏBUR 25
1Ya Rəbb, Sənə ürəyimi təqdim edirəm,
2Ey Allahım, yalnız Sənə güvənirəm! Məni xəcalətdə qoyma, Qoy düşmənlərim mənə qalib gələrək sevinməsinlər.
3Sənə ümid bağlayanlar heç zaman utanmasınlar, Haqsız xəyanətkarlarsa rüsvay olsunlar.
4Ya Rəbb, yollarını mənə göstər, Öz yollarını mənə öyrət.
5Məni haqq yolu ilə apar, Həqiqətini mənə öyrət. Məni qurtaran Allah Sənsən, Daim Səni gözləyirəm.
6Ya Rəbb, əzəldən bəri var olan Mərhəmətini, məhəbbətini yada sal.
7Gənclikdə günahkar, üsyankar oldum, Bunları yadına salma. Məni məhəbbətin naminə, Ya Rəbb, xeyirxahlığına görə yada sal!
8Rəbb xeyirxah və haqdır, Ona görə günahkara düz yol göstərir,
9İtaətkarları ədalət yolu ilə aparır, Öz yolunu onlara öyrədir.
10Kim Rəbbin əhdinə və göstərişlərinə bağlıdırsa, Rəbb yolunda onun üçün xeyirxahlıq və sədaqət var.
11Ya Rəbb, ismin naminə məni bağışla, Təqsirim böyükdür.
12Rəbdən qorxan kimdir? Rəbb ona yol seçməyi öyrədir.
13O bəxtəvər yaşayacaq, Ölkə onun nəslinə irs olaraq qalacaq.
14Rəbb Ondan qorxanlara sirrini açar, Onlara Öz əhdini öyrədər.
15Həmişə gözüm Rəbdədir, Çünki O, ayaqlarımı tələdən xilas edir.
16Üzünü mənə sarı çevir və lütfkar ol, Çünki tənhayam, zülm içindəyəm.
17Qəlbimdəki qubar artıb, Məni dərdlərdən qurtar.
18Əzab-əziyyətimə bax, Bütün günahlarımı bağışla.
19Düşmənlərimə bax, gör nə qədər çoxalıb, Amansız nifrətlərinə hədəfəm.
20Canımı qoru, məni qurtar, Sənə pənah gətirdiyimə görə qoyma rüsvay olum!
21Qoy kamalla düzlük məni hifz etsin, Çünki Səni gözləyirəm.
22Ey Allah, İsraili Bütün çətinliklərindən qurtar.
WEBREATH · 11:11
«He himself gives everyone life and breath and everything else» — Acts 17:25
Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.
WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath