Xristianlıq
geri

ZƏBUR 24

1Rəbbindir yer üzü və orada mövcud olanlar, Dünya və orada yaşayanlar.

2O, yerin təməlini dənizlər üstündə qurdu, Dünyanı sular üzərində yaratdı.

3Rəbbin dağına kim çıxa bilər? Müqəddəs məskəninə kim girə bilər?

4– Əlləri pak, qəlbi təmiz, Hiyləyə könül verməyən, Yalandan and içməyən insan.

5O, Rəbdən bərəkət alacaq, Xilaskarı Allahdan salehlik alacaq.

6Belə adam Rəbbi soraqlayar, Yaqubun Allahının üzünü axtarar. Sela

7Ey darvazalar, başlarınızı qaldırın, Ey qədim qapılar, açılın, Əzəmətli Padşah içəri daxil olsun!

8Bu əzəmətli Padşah kimdir? – Odur, güclü-qüdrətli Rəbb, Döyüşdə qüvvətli Rəbb.

9Ey darvazalar, başlarınızı qaldırın, Ey qədim qapılar, açılın, Əzəmətli Padşah içəri daxil olsun!

10Bu əzəmətli Padşah kimdir? – Ordular Rəbbi, Odur əzəmətli Padşah! Sela

mənbə: Azərbaycan dilində Müqəddəs Kitab

WEBREATH · 11:11

«He himself gives everyone life and breath and everything else» — Acts 17:25

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath