Xristianlıq
geri

ZƏBUR 20

1Dar gündə Rəbb sənə cavab versin, Yaqubun Allahının ismi səni hifz etsin!

2Müqəddəs məskənindən köməyinə çatsın, Siondan sənə dayaq olsun!

3Bütün təqdimlərindən razı qalsın, Yandırma qurbanların qəbul olunsun! Sela

4O səni ürəyinin istəyinə çatdırsın, Hər bir niyyətini yerinə yetirsin!

5Biz sənin zəfərlərinə mədh oxuyarıq, Allahımız naminə bayraqlarımızı qaldırarıq! Rəbb səni hər bir diləyinə çatdırsın!

6İndi bildim ki, Rəbb məsh etdiyinə zəfərlər verər, Müqəddəs səmasından ona cavab göndərər, Sağ əlinin qüdrəti onu qalib edər.

7Bəziləri döyüş arabaları, bəziləri atları ilə öyünür, Bizsə Allahımız Rəbbin adı ilə öyünürük.

8Onlar büdrəyəcəklər, yıxılacaqlar, Bizsə qalxıb dik duracağıq.

9Ya Rəbb, Sən padşaha zəfər ver, Səni çağırarkən bizə cavab ver.

mənbə: Azərbaycan dilində Müqəddəs Kitab

WEBREATH · 11:11

«He himself gives everyone life and breath and everything else» — Acts 17:25

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath