Xristianlıq
geri

ZƏBUR 19

1Göylər Allahın əzəmətini bəyan edir, Göy qübbəsi əllərinin işini elan edir.

2Hər gün ertəsi günə nəql edir, Hər gecə o biri gecəyə bilik verir.

3Onların nə nitqi, nə də sözləri var, Onların səsləri eşidilmir.

4Amma avazları bütün dünyaya yayılır, Sözləri yerin ucqarlarına çatır. Allah günəş üçün göylərdə çadır qurur,

5Günəş gərdəyindən bəy kimi çıxır, Qaçışa çıxan bir igid kimi şad olur.

6Bir tərəfdən çıxır, göylərdə dövrə vurur, Heç nə istisindən gizlənə bilmir.

7Rəbbin qanunu kamildir, canı təzələyir, Rəbbin öyüdü etibarlıdır, nadanı müdrik edir.

8Rəbbin qayda-qanunları düzdür, ürəyi sevindirir, Rəbbin əmrləri pakdır, gözləri aydın edir.

9Rəbb qorxusu safdır, əbədi yaşayır, Rəbbin hökmləri haqdır, hamısı ədalətlidir.

10Onlar qızıldan, bol miqdarda olan saf qızıldan da çox sevilir, Onlar baldan, şanı balından da şirindir.

11Bəndən bunlardan nəsihət alar, Onlara əməl edənin bol mükafatı var.

12Kim öz səhvlərini duya bilər? Məni gizli təqsirlərimdən təmizlə.

13Qulunu aşkar günahlardan qoru, Qoyma onların hökmü altında qalım. Onda kamilliyə çataram, Bütün itaətsizliklərdən ayrılaram.

14Ağzımdan çıxan sözlər, Qəlbimdəki düşüncələr Hüzurunda qəbul olunsun. Ya Rəbb, ey Qayam və Satınalanım!

mənbə: Azərbaycan dilində Müqəddəs Kitab

WEBREATH · 11:11

«He himself gives everyone life and breath and everything else» — Acts 17:25

Breath is one for all: everyone lives by it, whoever they are and whatever they believe. Every day at 11:11 local time people stop for sixty seconds, breathe, and thank GOD for the breath — each in their own words, each within themselves. In that minute we are One Breath.

WEBREATH — the Minute at 11:11, your own local time — we are One Breath